Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyul » 11 » GVB Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirib
13:20
GVB Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirib
GVB Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirib

AZADİNFORM. Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Gənclər Fondun maliyyə dəstəyi ilə “Vətən bizim and yerimiz” adlı layihə çərçivəsində “Gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltməsində idmanın rolu” mövzusunda tədbir keçirib.
Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan vətənpərvərliyin təbliğidir.
Tədbirdə gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Çıxış edənlər gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə İctimai Birliyin sədri M. Əliyev mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər: “Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır”.
“Xan-çinar” karate İdman Sağlamlıq klubun prezidenti A. Quliyev qeyd edib ki, Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik.
Digər çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin idmançılara və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Daha sonra vətənpərvərlik ruhu mövzusunda idman bölmələrində açıq dialoq şəklində davam edən tədbirdə gənc idmançıların müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər. Tədbirin sonunda gənclərə vətənpərvərlik mövzusunda informasiya materialları, rəngli buklet, təsvirli mayka və H. Əliyevin əksi olunmuş döş nişanı paylanıb.
Tədbirdə GVB-nin İdarə heyəti üzvləri, QHT-nın nümayəndələri, yerli şöbələri, İdman Federasiyalarının məşqçiləri, idmançılar iştirak ediblər.
Baxışlar: 394 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024