Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Noyabr » 6 » GVB Dövlət Bayrağı gününə həsr olunan elmi-praktik konfrans keçirib
13:12
GVB Dövlət Bayrağı gününə həsr olunan elmi-praktik konfrans keçirib
GVB Dövlət Bayrağı gününə həsr olunan elmi-praktik konfrans keçirib

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə devizi altında kütləvi idman tədbirlərin təşkili ”adlı layihə çərçivəsində Dövlət Bayrağı gününə həsr olunmuş BMM “Müasir Azərbaycan Heydər Əliyevin əsəridir “paraktik konfrans, Narkomaniya və QİÇS qarşı ictimaiyyətin rolu, məlumatlandırma və diskusiya keçirib. Tədbir bir dəqiqəlik sükutla ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik skutla yad edilərək açıq elan olunub. Tədbirdə Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev öncə qonaqları Dövlət Bayrağı günü münasibəti ilə təbrik edib. M.Əliyev onu da qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü, qədim türk dilinə aid “Batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən gəlir deyən M.Əliyev onu da bildirdi ki, 2010- cu ildən Respublika Prezidentin sərəncamı ilə hər il 9 noyabr Dövlət bayrağının yaranma gününü qeyd olunur. Respublika prezidentinin təşəbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır və bu misilsizdir bizlər o bayrağdan qürur his etməli və onu daimi qorumalıyıq. Tədbirdə AMEA elmi işçisi P. Əzimova mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər: deyən P.Əzimova onu da qeyd etdi ki, narkomaniya QİÇS və zərərli vərdişlərə qarşı eyni zamanda “ Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki, psixoloji hazırlığına da diqqət artırılmalıdır. Tədbirdə AMKF-n karate məktəbinin baş məşqiçisi A. Allahverdiyev ,DİN-n İdman Cəmiyyətinin əməkdaşı M. Seyidov, Sambo üzrə Respublika çempionu O. Məmmədov, RİOEUGM-n təlimatçısı Ə. Məmmədov, GİN-n həkimi Ə. Abbasquliyev, Qarabağ veteranları, təqaüddə olan polis veteranı S. Əliyev , GVB-n müşavirləri A.Əsədov , 2 saylı Humanitar texniki liseyin dil ədəbiyyat müəlliməsi Həziyeva E ,R.Rzayev,283 saylı tam orta məktəbin müəlliməsi Ş. Azəri, şagirdlərdən A.İdirzadə, T. Həziyev ,R.Dadaşov,A.Azayeva və başqaları bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Sonra dövlət bayrağının rəmzlərindən, narkomaniya və QİÇS bağlı onun törətdiyi fasadlardan söhbət açıblar.
Tədbirdə AMEA –n Tarix muzeyinin elmi işçisi Pərvanə Əzimova, liseyin dil ədəbiyyat müəlliməsi Ellada Həziyeva fəxri diplomla təltif olunublar,iştirakçılara Narkomaniya və Azərbaycan dövlətininbayrağı,rəmzlərini əks etdirən bukletlər, braşuralar paylanıb. Tədbir bayraq gününə həst olunmuş əbədi-bədii kompozisiya başa çatdı.
Qeyd edək ki, GVB silsilə xarakterli tədbirlər fəaliyyət planına uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində, Gəncə və Şəmkirdə də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə tədbirlər həyata keçiriləçək.

GVB –n KİV üzrə şöbəsi
Baxışlar: 470 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024