Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Noyabr » 12 » GVB Dövlət Bayrağı gününə həsr olunan elmi-praktik konfrans keçirib
12:59
GVB Dövlət Bayrağı gününə həsr olunan elmi-praktik konfrans keçirib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatı dəstəyi ilə Dövlət Bayrağı gününə həsr olunmuş “Müasir Azərbaycan Heydər Əliyevin əsəridir” mövzusunda elmi-praktik konfrans keçirib. Tədbir bir dəqiqəlik sükutla ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilərək açıq elan olunub. Tədbirdə Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev öncə qonaqları Dövlət Bayrağı günü münasibəti ilə təbrik edib. Sonra Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətinin bayraq rəmzlərindən, atributlarından söhbət açan M.Əliyev qeyd edib ki, Azərbaycanın, üçrəngli ay ulduzlu səkkizguşəli bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. “Bu bayraq bildiyiniz kimi ikinci dəfə 1990-cı il noyabrın 17–də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə ilə bərpa edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSRİ Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanıması haqqında vəsadət qaldırdı. 1991-ci il fevral ayının 5–də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Bütün bu səy və xidmətlər Ulu öndərimiz tərəfindən həyata keçirilib” – deyə QHT sədri bildirib.
Tədbirdə DİN-in İdman Cəmiyyətinin əməkdaşı M.Seyidov, Sambo üzrə Respublika çempionu O. Məmmədov, RİOEUGM-nin təlimatçısı Ə.Məmmədov, GİN –nin həkimi Ə.Abbasquliyev, Qarabağ veteranları, təqaüddə olan S.Əliyev və A.Əsədov, GVB-nin müşavirləri N.Niftiyev və J.Tofiqqızı, 2 saylı Humanitar texniki liseyin müəllimi R.Rzayev və başqaları bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Sonra keçirilən dövlət bayrağının rəmzlərindən vətənpərvərlik mövzusunda söhbət açıblar.
Tədbirin sonunda iştirakçılara Azərbaycan dövlətinin rəmzlərini əks etdirən bukletlər, braşuralar paylanıb.
Qeyd edək ki, GVB silsilə xarakterli tədbirlər planına uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində, Gəncə və Şəmkirdə də Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatı dəstəyi ilə tədbirlər həyata keçirəcək.
Baxışlar: 557 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2011  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024