Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Yanvar » 19 » GVB: “20 Yanvar hadisələrini xalqımızın şanlı tarix səlnaməsi kimi gənc nəsilə təbliğ etməliyik”
15:06
GVB: “20 Yanvar hadisələrini xalqımızın şanlı tarix səlnaməsi kimi gənc nəsilə təbliğ etməliyik”

+ - Çap Yerləşdirilib: 19.01.16 | Baxılıb: 5

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVİB) DİN-in İdman Cəmiyyəti ilə birgə “20 Yanvar hadisələrini xalqımızın şanlı tarix səlnaməsi kimi gənc nəsilə təbliğ etməliyik” mövzusunda tədbir keçirib.

qhtxeber.az-ın məlumatına görə, əvvəlcə şəhdlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Z. Meftahəddinova sonra 20 Yanvar hadisələri, həmin günlərdə xalqımızın göstərdiyi əzmkarlıq və 20 Yanvar faciəsinə verilən siyasi qiymətdən söz açıb.
GVBnin sədri Muğan Əliyev çıxış edərək yanvarın 19-dan 20-ə keçən gecə baş verən qanlı hadisələrdən danışıb. Bildirib ki, bugünkü müstəqilliyimiz, ölkəmizin rifahı şəhidlərimizin axıtdığı qanların bahasına başa gəldi. Şəhidlərin fədakarlığı öz bəhrəsini verdi. İllər keçəcək və biz həmişə şəhidlərimizi qürurla xatırlayacağıq”.

Muğan Əliyev daha sonra 1990-cı il 20 Yanvar hadisələri zamanı həmin illərdə Ümumilli lider Heydər Əliyevin Moskvada böyük cəsarət nümayiş etdirib Sovet hakimiyyətinə qarşı verdiyi bəyanatından da bəhs edib: “20 Yanvar qırğınından sonra Ümumilli lider Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib Mərkəzi höküməti sərt şəkildə qınadı və öz xalqının yanında olduğunu bəyan etdi. Onun bu cəsarətli addımı xaricdə yaşayan azərbaycanlıları da millətimizin bu ağır hüznlü günündə bir araya gətirdi. 20 Yanvar hadisələri Ulu öndər Heydər Əliyevin iradəsilə öz siyasi qiymətini aldı”.

Tədbirdə çıxış edənlər faciənin tarixinə nəzər salıblar. 1990-cı ilin 20 yanvarının Azərbaycanın azadlığı, ərazi bütövlüyü tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu diqqətə çatdırılıb.

Tədbir başa çatdıqdan sonra Şəhidlər Xiyabanında şəhid qəbirlərinin önünə gül dəstələri qoyulduimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hamlet

Baxışlar: 430 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024