GVB 15 iyun Milli Qurtuluş Gününe hesr olunmuş tedbir keçirib - 11 June 2015 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » İyun » 11 » GVB 15 iyun Milli Qurtuluş Gününe hesr olunmuş tedbir keçirib
07:41
GVB 15 iyun Milli Qurtuluş Gününe hesr olunmuş tedbir keçirib

Gənc Vətənpərvərlər Birliyi 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Müstəqil Azərbaycan Respublikası gələcək nəsillər qarşısında öz borcunu şərəflə yerinə yetirir” mövzusunda tədbir keçirib. qhtxeber.az-ın məlumatına görə, tədbirdə çıxış edən GVB-nin sədri Müqamət Əliyev Milli Qurtuluş Gününün tarixi barədə məlumat verib. M. Əliyev bildirib ki, hələ o zaman ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyətin siyasi rəhbərliyini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etmişdi. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını diqqətə çatdıran M. Əliyev o zaman ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalan Azərbaycanın daxilində qardaş qırğınının başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planının tam gücü ilə işə salındığını vurğulayıb. M. Əliyev məhz iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçildikdən sonra millət vəkillərinin bu tarixin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdiklərini bildirib. “Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarətlə qeyd edir”,-deyə M.Əliyev əlavə edib. Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, İdman Federasiyalarının məşqçiləri, idmançılar iştirak ediblər.

Hamlet

http://qhtxeber.az/news/a-46718.html

Baxışlar: 105 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2015  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2016