Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Noyabr » 11 » GVB 12 noyabr Konstitusiya gününə həsr edilmiş konfrans keçirib
11:48
GVB 12 noyabr Konstitusiya gününə həsr edilmiş konfrans keçirib
GVB 12 noyabr Konstitusiya gününə həsr edilmiş konfrans keçirib

Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və Gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının 12 noyabr Konstitusiya gününə həsr olunmuş elmi nəzəri praktik konfrans keçirib.
Nizami rayon 10 saylı tam orta məktəbdə keçirilmiş tədbirdə GVB-nin İdarə heyətinin üzvləri, regional şöbələrin nümayəndələri, idman federasiyalarının ,QHT-lərin, KİV-in və GVB-nin fəxri üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan birliyin mətbuat və informasiya şöbəsinin koordinatoru P. Səfərov layihə çərçivəsində keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib. GVB-nin sədri Müqamət Əliyev Azərbaycan xalqını və tədbir iştirakçılarını Konstitusiya günü münasibəti ilə təbrik edib. O, bildirib ki, Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilib: "Konstitusiya – hökumət qanunlarının külliyatı deməkdir, hansı ki, hökümətin fəaliyyətini nizama salır, insanların çəmiyyətdə və bir-birinə əxlaqi davranışlarını qaydaya salır. Bu – Respublikanın ərazi bütövlüyünü, müstəqil olmasını göstərən bir sənəddir”.
Azərbaycan Beynəlxalq Arbitraj məhkəməsinin hakimi A. Əsədov Konstitusiya haqqında məlumat verərək, ona edilən əlavə və dəyişiklik haqqında danışıb. Məktəbin direktoru L.Məmmədova ,AMEA-nın elmi işçisi P.Əzimova , GVB-nin fəxri üzvü Z.Kazımov,birliyin məktəbdə dayaq mərkəzin sədri A.Hüseyinova və digərləri çıxış edərək bildiriblər ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın əsasını demokratik cəmiyyət qurmaq və insan hüquq və azadlıqlarının qorunması təşkil edir.

Sonra tədbir sinif bölmələrində davam etdirildi.
Sonda tədbir iştirakçılarına vətənpərvərliklə bağlı gənclərə maarifləndirici bukletlər Heydər Əliyevin şəkili olan döş nişanı və informasiya matrialları paylanılıb . Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan yeniyetmə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə vətənpərvərliyin təbliğidir .
GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 670 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024