Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyun » 13 » Gınclər Fondun maliyyə dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib
11:17
Gınclər Fondun maliyyə dəstəyi ilə Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib
Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə "Vətən bizim and yerimiz Gənclər sağlam həyat tərzi seçir ” adlı layihə çərcivəsində Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr edilmiş “Yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərinin təbliği ” mövzusunda “ŞUA” İdman Sağlamlıq Mərkəzində elmi nəzəri praktik konfrans və təlim keçirilib
Konfransda çıxış edən Layihənin rəhbəri Ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işcisi M. Əliyev cıxış edərək layihənin mahiyyətindən söhbət acdı və qeyd etdi ki Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb,
GİN-n məsul işçisi Ə.Əliyev bildirdi ki,məktəblərdə idman cəmiyyətlərində vətənpərvərlik ruhunda maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu qeyd etdi.
Tədbirdə cıxış edənlər Layihə üzrə təşkilat komitəsin üzvü hüquqşunas müstəqil vəkil A.Əsədov, Təhsil idman mərkəzinin boks üzrə əməkdar məşqicisi ,idman xadimi S.Süleymanov, Yunan –roma güləşi üzrə baş məşqçi B. Mürvətov, veteran idmançı T. Məmmədov, baş təlimatçı S. Səfərov, məktəbin təsərüfat işləri üzrə direktor müavini F. Bağıroba, Milli karate federasiyasının təmsilçisi V. Eyvazov , ”Oyama” karate klubun prezidenti H. Əlili və başqaları bu yönümlü layihələrin vacibliyindən yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunda maarifləndirmə işlərin gücləndirilməsindən və Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qaydışından və onun sayəsində müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərindən söhbət açdılar. Konfrans başa çatdıqdan sonra diskusiyalar idman bölmələrində davam etdirildi. Tədbirin sonunda tədbir iştirakçılarına, idmançılara, qonaqlara və tədbirdə iştirak edən valideyinlərə rəngli buklet və braşuralar paylandı
Baxışlar: 445 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2016  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024