Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Fevral » 19 » Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə tədbirlər davam etdirilir
15:30
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə tədbirlər davam etdirilir

Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin dəstəyilə
"Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki hazırlıq
vasitəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adlı
layihə çərçivəsində Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasında "Dövlət rəmzlərinin
təbliği işinin təşkilində yeni təşəbbüslər” mövzusunda elmi nəzəri praktik
konfrans və təlim keçirib. 


Tədbiri Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə gənclərlə iş üzrə
prorektoru Yusif
Babanlı açaraq layihənin əhəmiyyətindən danışıb. 

 Layihə rəhbəri, GVB-nin sədri Muğamat Əliyev BBTİA-n rektoru, Millət vəkili
Ağacan Əbiyevə layihə çərçivəsində keçirilən tədbirə yaratdığı şəraitə görə
birliyin İdarə Heyəti adından öz təşəkkürünü bildirib. 

 M.Əliyev çıxışında bildirib ki, Bakının rayonları və Azərbaycanın cənub və qərb
bölgələrində mütamadi olaraq keçirilən tədbirlər gənclərin dövlət rəmzlərinin,
milli-mənəvi dəyərlərimizin öyrənilməsində və hərbi vətənpərvərlik ruhunda tərbiyə
olunmasına müsbət təsir göstərir. 

 O qeyd edib ki, yeniyetmə və gənclər arasında aparılan sosioloji sorğular layihə
çərçivəsində görülən işlərin effektli olduğunu müəyyənləşdirir və layihənin
davamlığını zəruri edir. 

 Tədbirdə Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasının elmi təkimləşdirmə şöbəsini
müdiri Orxan Muxtarov, Bədən tərbiyəsi nəzəri və metodikası kavedrasının baş müəllimi
Əskərov Məhəmməd, tələbə Əliyeva Əzizə, Əliyev Əlvin, GVB-nin humanitar və mədəniyyət
şöbəsin müdiri, gvb.ucoz.com saytın rəhbəri Natiq Qaçayev, GVB-nin KİV üzrə kordinatoru
Polad Səfərov və başqaları çıxış edərək layihənin vacibliyini vuruğlayıblar. 



 Tədbirdə institutun pedoqoji kolektivi, idman ictimayyətin nümayəndələri,
respublika çempionları, GVB-nin təşkilat komitəsini üzvləri, qonaqlar və KİV-n
nümayəndələri iştirak ediblər.

Baxışlar: 512 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
2425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024