Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 26 » Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə növbəti tədbir keçirilib
16:42
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə növbəti tədbir keçirilib
Vətənpərvərliyin təbliğində idmanın rolundan danışılıb -qhtxeber.az 
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək ” adlı layihə çərçivəsində "Xan çinar” karate idman klubu ilə birgə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğində idmanın rolu, fiziki tərbiyə və zərərli vərdişlərin ziyanlı cəhətləri” mövzusunda elmi praktik konfrans və təlim keçirib. 
Tədbir Dövlət himninin oxunması ilə başlayıb. Layihə rəhbərinin köməkçisi N. Quliyev layihənin məqsədindən və keçirilən çoxsaylı tədbir və təlimlərdən söhbət açıb və qeyd edib ki, keçirilən uğurlu tədbirlərdə çoxsaylı gənclər faydalanıb və birlik üzvlərinin sayı artıb. 
Layihə üzrə təşkilat komitəsinin üzvü, hüquqşünas, Qarabağ veteranı S. Əliyev çıxış edərək bildirib ki, Vətən hər birimizin qeyrətinə söykənməlidir, əks təqdirdə o, qüdrətli və əzəmətli ola bilməz, ona görə də hamılıqla bu sahədə marifləndirmə işlərimizi gücləndirməliyik. 
Layihə rəhbəri, Ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işcisi Müqamət Əliyev layihənin bir neçə istiqamətində aparılan maarifləndirmə işlərindən, eyni zamanda vətənpərvərlik və dövlətçilik mövzularında respondentlər arasında keçirilən sosioloji sorğular haqqında söhbət açıb və qeyd edib ki, yaxın günlərdə sosioloji sorğuların nəticələri açıqlanacaq. 

GVB-nin Yasamal rayonu üzrə yerli şöbəsinin müdiri , "Xan çinar” karate klubunun prezidenti Azad Quliyev bildirib ki, gənclərin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinə böyük ehtiyac duyulur. Onu da qeyd edən A. Quliyev bildirib ki, gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onları idman bölmələrinə, dərnəklərə cəlb etmək vacibdir. 
Digər çıxış edənlər də mövzu ətrafında danışaraq layihənin davamlı olmasının əhəmiyyətini bildiriblər. 
Sonda Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov, "Xan çinar” karate klubunun prezidenti A.Quliyev və digərləri fəxri diploma layiq görülüblər. Tədbir iştirakcılarına rəngli bukletlər, fəal gənc idmançılara təsvirli köynək və Ülu öndər Heydər Əliyevin əksi olunmuş döş nişanı təqdim olunub . 

Hamlet
Baxışlar: 577 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024