Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Mart » 15 » GİN dəstəyi ilə Səbail rayon 2 saylı texniki-humanitar elmlər liseyində tədbir keçirilib
12:18
GİN dəstəyi ilə Səbail rayon 2 saylı texniki-humanitar elmlər liseyində tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi Səbail rayon 2 saylı texniki-humanitar liseyində "Ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vasitəsilə dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərçivəsində "Məktəb Dövlət rəmzlərinin təbliğində əsas mərkəzdir” mövzusunda elmi praktik konfrans keçirib.
Birliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Bəkir Mustafayev layihənin vacibliyindən və bu sahədə geniş işlərin aparılmasında valideyinlərin mustəsna rolundan danışıb.
Layihə rəhbəri M.Əliyev həyata keçirilən layihənin məqsədi, mahiyyəti və vəzifələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib, müasir gənclərin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elm, idman və mədəni inkişafı ilə sıx baglı olduğunu açıqlayıb. Layihə rəhbəri onu da nəzərə çatdirib ki, layihə çərçivəsində respondentlər arasında sosioloji sorğular keçirilib və 35 faiz respondent Azərbaycan dövlət rəmzlərinin təbliği və aşılanmasına ehtiyac oldugunu bəyan edib. M.Əliyev bu təbliğə diqqətin artırılmasının, bu yöndə mütamadi işlərin aparılmasının vacibliyini bildirib.
2 saylı məktəbin tərbiyə işlər üzrə müdir müavini K.Abbasova, fiziki tərbiyə müəllimi R.Qasımov, ədəbiyyat müəlliməsi S.Həsənova, riyaziyyat müəlliməsi M.Çəfərova, layihə üzrə ekspert T.Vəzirov uşaq, yeniyetmə və gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılmasının zəruriliyini və orta təhsil müəsssisələrində dövlət rəmzlərinin təbliğinin mütəmadi həyata keçirilməsinin vazkeçilməzliyini irəli sürüblər.
İnteraktiv diskussiya şəraitində davam edən tədbirdə iştirakçılara dövlət rəmzləri ilə bağlı broşur və bukletlər paylanılıb. Konfransda məktəbin pedoqoji kollektivi, layihə üzrə təşkilat komitəsinin üzvləri, qonaqlar və kütləvi informasiya nümayəndələri iştirak ediblər
Baxışlar: 641 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024