Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » İyul » 12 » Gəncliyin səsi: Biz səninləyik, sənin əsgərlərin, mühafizəçilərin, varlığının keşikçiləriyik, AZƏRBAYCAN!
16:45
Gəncliyin səsi: Biz səninləyik, sənin əsgərlərin, mühafizəçilərin, varlığının keşikçiləriyik, AZƏRBAYCAN!
Gəncliyin səsi: Biz səninləyik, sənin əsgərlərin, mühafizəçilərin, varlığının keşikçiləriyik, AZƏRBAYCAN!
http://xalqqazeti.com/az/news/interview/108641#.W0dY4pNA3Dt.twitter

Share4
Şriftin ölçüsü: Şrifti böyüt Şrifti kiçilt
12.07.2018 15:07 | Oxunma sayı: 61

Gəncə hadisələri bütün azərbaycanlılar kimi bizi də hiddətləndirdi. Çünki dövlət başçısının sərəncamı ilə vəzifəyə təyin edilmiş məmura güllə atılması, ictimai asayişin qorunmasına nəzarət edən yüksək vəzifəli polis zabitlərinin həyatına qəsd edilməsi adi bir terror, təxribat hadisəsi deyildi. Bu, Azərbaycan dövlətçiliyinə atılan güllə idi ki, onu da Gəncəyə gənc müstəqil dövlətimizin bədxahları istiqamətləndirmişdilər.

Tarix boyu həmişə Azərbaycan dövlətinin inkişafını, tərəqqisini, hətta mövcudluğunu belə istəməyənlər olub. İndi həmin adamların nəvə-nəticələri müasir Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsindən, kosmosa rabitə peykləri çıxarmasından, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki iştirakından, dünyanın ən güclü ölkələrindən olan Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə ikitərəfli, üçtərəfli əməkdaşlığının genişlənməsindən sözün həqiqi mənasında ciddi şəkildə narahat olurlar.

Bu yaxınlarda 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna asanlıqla son qoyan xarici qüvvələr elə güman edirlər ki, ölkənin müxtəlif yerlərində sabitliyi pozmaqla yenə də nəyəsə nail ola biləcəklər. Əsla bunu bacarmayacaqlar. Çünki bu gün Azərbaycanın müdrik lideri, qətiyyətli Prezidenti var. Bu gün Azərbaycanın möhtəşəm parad vasitəsiylə bütün dünyaya göstərdiyimiz qüdrətli silahlı qüvvələri var. Bu gün Azərbaycanın güclü ziyalılar ordusu, intellektual insanları var. Ən nəhayət, bu gün Azərbaycanın vətənpərvər, xalqına, dövlətinə, liderinə sədaqətli milyonlarla gənci var.

Biz gənclər ordusu heç bir qüvvəyə imkan vermərik ki, ölkəmizi Suriya, Liviya, İraq kimi xarabazara çevirsin. İstənilən azərbaycanlı gənc çox yaxşı bilir ki, adını çəkdiyimiz ölkələrin iqtisadiyyatı 50-60 ilə bərpa edilə bilməyəcək. Həmin viranəliklər bərpa olunsa belə, insanların ürəyinə vurulan yaralar heç zaman sağala bilməz. Biz buna yol verməyəcəyik! Biz Azərbaycan respublikasında xaos, anarxiya törətmək istəyənlərin yolunu tamamilə bağlayacağıq. Biz Heydər Əliyev siyasi dühasının, müdrikliyinin nəticəsi olan qüdrətli Azərbaycan dövlətinin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Dövlətimizin istənilən bədxahı qarşısında bizim monolit sıralarımızı görəcək.

Biz səninləyik, sənin əsgərlərin, mühafizəçilərin, varlığının keşikçiləriyik, AZƏRBAYCAN!

Azərbaycan gəncliyi istənilən terror, təxribat və zorakılığı lənətləyir və onun qarşısını almağa hazırdır!



Yüz minlərlə gənclər ordusu adından

Azərbaycan Gənc Vətənpərvərtlər Birliyinin sədri

Müqamət ƏLİYEV



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.
Baxışlar: 3 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2018  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2018