Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Fevral » 27 » Gənclər Fondunun dəstəklədiyi layihə uğurla yekunlaşıb
13:35
Gənclər Fondunun dəstəklədiyi layihə uğurla yekunlaşıb
Gənclər Fondunun dəstəklədiyi layihə uğurla yekunlaşıb
Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB)
“Azərbaycan gəncliyində vətənpərvərlik “ adlı layihəsini Bakı şəhəri Nərimanov rayonu Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində “ Ulu Öndər Heydər Əliyev və milli mənəvi dəyərlərimiz ” mövzusunda konfrans keçirilib.
Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev çıxış edərək bildirib ki, “Azərbaycan gəncliyində vətənpərvərlik ” adlı layihəsini Bakı şəhəri ,Elitar Gimnaziya,193 saylı tam orta məktəb , Sənaye və Texnologiya Kolleci və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində uğurla həyata keçirib.
Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ,2-ci qarabağ döyüşlərində həlak olanların və Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə acan layihə rəhbəri ,İctimai xadim Müqamət Süleyman oğlu Əliyev tədbir iştirakcılarını salamlayandan sonra Ulu Öndər Heydər Əliyevin kəlamlarını diqqətə çatdıraraq qeyd etdi ki, hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvər ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir.
Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata- babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır
Tədbirdə, Sənaye və Texnologiya Kollecin müəlliməsi ,GVİB –n Kolec üzrə nümayəndəsi ,təşkilatcı Aygün Rzaquliyeva çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir.
Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır.
Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.
Konfransda çıxış edən layihə üzrə təşkilat komitəsinin üzvü, İdman Departamentin rəhbəri Şəmsi Quliyev vurğulayıb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.
O, vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirib. Sənaye və Texnologiya Kollecin şöbə müdiri Fatimə Əzizbəyova , Gənc Vətənpərvərlər İctimai Birliyinin Binəqədi rayon Sulu təpə qəsəbəsi üzrə nümayəndə Abdulazadə Abdulla və digərləri qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatçılıq fəaliyyətinə və əməkdaşlığına görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecin direktoru Faiq Şahbazlı , Tərbiyə işlər üzrə direktor müavini Pərvanə İsmayılova ,müəllimə Aynur Rzaquliyeva və Şöbə müdiri Fatimə Əzizbəyova fəxri diplom və Heydər Əliyevin əksi olunmuş döş nişanı ilə təltif edildi.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş buklet, üzərində Gənclər Fondunun və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş köynək ,Sertifikat və Ulu Öndərin əksi olunmuş döş nişanı paylanılıb.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.
GVİB –n KİV şöbəsi
Baxışlar: 58 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024