Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyul » 15 » Gənclər Fondun növbəti tədbiri "Ruslan"İdman Sağlamlıq Kompleksində baş tutdu
10:56
Gənclər Fondun növbəti tədbiri "Ruslan"İdman Sağlamlıq Kompleksində baş tutdu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə "Vətən bizim and yerimiz ” adlı layihə çərçivəsində “Ruslan” İdman Sağlamlıq Kompleksində “ Hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində psixoloji amillərin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans və karate üzrə təlim keçirilib.
Konfransda çıxış edən layihənin rəhbəri, ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işçisi, IV dan qara kəmər ustası Muğam Əliyev tədbir iştirakçılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könüllülərin fəaliyyətindən söhbət açıb. “Ruslan” İdman Sağlamlıq Kompleksin direktoru T. Məmmədov qeyd edib ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə, milli və döyüş ruhunu, vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlanması ən vacib məsələlərdən biridir. “Oyama” karate idman klubun prezidenti H.Əlili bu yönlü layihələrin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz təşəkkürünü bildirib. O, əlavə edib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir
Tədbirdə digər çıxış edənlər də layihənin vacibliyindən, gənclər arasında psixoloji və ideoloji işlərin gücləndirilməsinin əhəmiyyətindən söz açıblar.
Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib və karate üzrə texniki seminara start verilib.
GVB KİV iş şöbəsi
Baxışlar: 364 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024