Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyul » 4 » Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib
13:07
Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib
Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib
Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Vətən bizim and yerimiz“ adlı layihə çərçivəsində GVB-n Şəmkir rayon şöbəsi rayonun Mədəniyyət mərkəzində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi ümum xalq işidir ” mövzusunda tədbir keçirib.
Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan vətənpərvərliyin təbliğidir.
Tədbirdə gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib. Çıxış edənlər gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Tədbirdə İctimai Birliyin Şəmkir rayon yerli şöbəsinin müdiri T. Əliyev mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər: “Yaşadığımız dövr gənc nəsli kiçik yaşlarından hərbi ruhda böyütməyi tələb edir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır”.
“Birliyin Qərb regionu üzrə sədrin müşaviri R. Məmmədova qeyd etdi ki, Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik
Digər çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılıb.

Daha sonra vətənpərvərlik ruhu mövzusunda Açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər. Tədbirin sonunda gənclərə vətənpərvərlik mövzusunda informasiya materialları, rəngli buklet paylandı

GVB KİV iş üzrə şöbəsi
Baxışlar: 361 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024