Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Noyabr » 15 » Gənclər Fondun maliyyə dəstəyi ilə Səbail rayon 7 saylı tam orta məktəbdə Milli Dirçəliş gününə həsr edilmiş konfrans keçirib.
13:32
Gənclər Fondun maliyyə dəstəyi ilə Səbail rayon 7 saylı tam orta məktəbdə Milli Dirçəliş gününə həsr edilmiş konfrans keçirib.
Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə "Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində Səbail rayon 7 saylı tam orta məktəbdə "17 noyabr Milli dirçəliş gününə həsr olunmuş “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” və “Məktəb vətənpərvərlik tərbiyəsinin təbliğində əsas mərkəzdir” mövzusunda elmi praktik konfrans keçirib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Könül Həsənova bildirdi ki, Müstəqilliyə qovşandan sonra da həm Azərbaycanda, həm də xaricdə Azərbaycanın dünyada tanıdılması, onun səsinin dünyaya çatdırılması istiqamətlərində aparılan işlərdə vətənpərvər gənclər öz fəalliği ilə xüsusi seçilmişlər, hər zaman öndə olmuşlar. Bununla yanaşı hesab edirəm ki, gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması, onlarda vətən sevgisinin və məsuliyyətlərinin daha da artırılması üçün qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatlarının da öhdəsinə böyük məsuliyyət düşür deyən K.Həsənova onuda qeyd etdi ki, bu sahədə geniş işlərin aparılmasında GVB-nə və bu layihəyə dəstək olan Gənclər Fonduna məktəbin pedoqoji kollektivi adından təşəkkürünü bildirdi. Konfransda layihənin rəhbəri M. Əliyev çıxış edərək bildirdi ki,1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 19 saylı tam orta məktəbdə hərbi müəllim,GVB –n hərbi məsələlər üzrə sədr müşaviri təqaütdə olan polkovnik İ.Əzimov Bildirdi ki, bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirdiyimiz “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə gənclər arasında milli vətənpərvərlik hislərinin gücləndirilməsinə yönəlib. AMEA-n Azərbaycan Tarix Muzeyinin elmi işçisi P. Əzimova qeyd etdi ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaqdır.
Tədbirdə,Zəngilan rayonundan məcburi köçkün H.Cavadlı və digərləri uşaq, yeniyetmə və gənclər arasında tarix və milli qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılmasının zəruriliyini və orta təhsil müəsssisələrində vətənpərvərlik və dövlət rəmzlərinin təbliğinin mütəmadi həyata keçirilməsinin vacibliyinindən söhbət açıblar. Direktorun tərbiyə işləri üzrə təşkilatçı Elmira İbrahimova Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və xidmətlərinə görə fəxri diplomla təltif edildi .
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Tədbir başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirilib .
Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər və Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı.

GVB –n KİV iş şöbəsi
Baxışlar: 10 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2017