Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Noyabr » 6 » Gənclər Fondun maliyyə dəstəyi ilə QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ
13:18
Gənclər Fondun maliyyə dəstəyi ilə QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ
QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi“adlı layihə çərçivəsində Səbayil rayon Həbibbəy Mahmudbəyov adına 2№-li texniki-humanitar elmlər liseyi ilə birgə Dövlət bayrağı gününə həsr olunmuş ” Ey yüksələn yeni nəsil ,gələcək sizindir, Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Tədbirdə ,Gənc Vətənpərvərlər Birliyinin şöbə müdirləri, AMEA –n elmi işçisi P. Əzimova, Gənclər Fondun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi V.Niftaliyeva, AMKF təmsilçisi V. Kərimov , məktəbin müəllim heyyəti, idman ustaları, Milli Karate Federasiyasının nümayəndəsi C.Seydov, Sebail rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər hörmətli şəxslər iştirak edirdi.
Dövlət himni səsləndikdən sonra çıxış edən liseyin direktoru Bəkir Mustafayev tədbir iştirakçılarını salamladı və bu tədbirin bu liseydə keçirilməsinə görə Birliyə və Gənclər Fonduna məktəbin kolektivi adından təşəkkürünü bildirdi və qeyd etdi ki, bu yönümlü layihələrin ümumtəhsil məktəblərində keçirilməsi gənclərdə milli atributlara olan hörməti artırır və hərbi vətənpərvərlik hislərinin daha da gücləndirir.
Sonra çıxış edən layihə rəhbəri Müqamət Əliyev tədbir iştirakçılarını Dövlət bayrağı günü münasibəti ilə təbrik etdi və keçirilən bu tədbirin mahiyyətindən söz açdı.
M.Əliyev onu da qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü, qədim türk dilinə aid “Batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən gəlir deyən M.Əliyev onu da bildirdi ki, 2010- cu ildən Respublika Prezidentin sərəncamı ilə hər il 9 noyabr Dövlət bayrağının yaranma gününü qeyd olunur. Respublika prezidentinin təşəbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır və bu misilsizdir bizlər o bayrağdan qürur his etməli və onu daimi qorumalıyıq. Tədbirdə AMEA elmi işçisi P. Əzimova mövzu ilə bağlı məruzə edib. Qeyd olunub ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak edirlər: deyən P.Əzimova onu da qeyd etdi ki,“ Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki,psixoloji hazırlığına da diqqət artırılmalıdır Daha sonra liseyin dil ədəbiyyat müəliməsi, E.Həziyeva, şagirdlərdən A.İdirzadə, A.Azayeva, T.Həziyev, R.Fərəczadə vi digərləri Dövlət bayrağına həsr olunmuş şer oxudu və ədəbii-bədii kompozisiya başa çatdırıldı .
Layihə iştirakçıları əsasən yeniyetmə və gənclərdən ibarət olub. Vətənpərvərlik, Azərbaycan dövlət rəmzləri mövzusunda informasiya materialları, bayraq,rəngli buklet ,təsvirli mayka və H.Əliyevin əksi olunmuş döş niçşanı paylandı . Sonda Birliyin bir qrup fəal üzvü və Bakı şəhər tam orta məktəbin fəalları, idmançılar bayraq muzeyində olublar
Baxışlar: 497 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024