Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Noyabr » 17 » Gənclər Fondun maliyyə dəstəyi ilə MİLLİ DİRÇƏLİŞ GÜNÜNÜ GÜNÜNÜ QEY
10:05
Gənclər Fondun maliyyə dəstəyi ilə MİLLİ DİRÇƏLİŞ GÜNÜNÜ GÜNÜNÜ QEY
Gənc Vətənpərvərlər Birliyi (GVB) “ Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi“ adlı layihə çərçivəsində Milli dirçəliş gününə həsr olunmuş “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru “ və“Hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində və psixoloji amillərin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda Milli Olimpiya Komitəsinin Olimpiya mərkəzində elmi-nəzəri-praktik konfrans və yeniyetmələr arasında yüngül atletika üzrə yarış keçirib.

Tədbiri giriş sözü ilə açan layihə üzrə koordinator N. Qaçayev layihənin mahiyyətindən söhbət açıb.

Konfransda layihənin rəhbəri M. Əliyev çıxış edərək bildirdi ki,1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. Layihə üzrə təşkilat komitəsinin üzvü birliyin sədr müavini Z. Kazımov layihə çərçivəsində keçirilən tədbirlərin uğurlarından söhbət açıb və qeyd edib ki, təhsil müəssisələrində, idman cəmiyyətlərində yeniyetmə və gənclərin vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlanmasında təlimatçı məşqçilərin üzərinə böyük məsuliyyət düşür və bu sahədə maarifləndirmə işlərinə ehtiyac duyulur.

Həkim - psixoloq S. Bağırlı bildirib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir.
Gənclər və İdman Nazirliyinin məsul işçisi M. Nəsibov bu kimi layihələrin keçirilməsinin vacibliyini bildirib və əlavə edib ki, məktəblərdə, idman cəmiyyətlərində psixoloji amillərin əsaslarının maarifləndirilməsi və tətbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.

Tədbirdə çıxış edən AİMU –n ptofesoru T.Əsədov,layihə üzrə təşkilat komitəsinin üzvü, hüquqşunas A.Əsədov ,GVB-nin fiziki və psixoloji hazırlıq şöbəsinin müdir müavini C. Nəsibov, yüngül atletika üzrə məşqçi Ə.Məmmədov, Milli karate federasiyasının təmsilçisi A. Allahverdiyev və başqaları bu yönümlü layihələrin vacibliyindən , uşaq və yeniyetmələr arasında psixoloji və ideoloji işlərin gücləndirilməsindən söz açıblar.
Konfrans başa catdıqdan sonra uşaqlar arasında yüngül atletika üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib, idmançılara, qonaqlara rəngli bukletlər paylanıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Baxışlar: 425 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024