Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » May » 26 » Gənclər Fondun maliyyə dəstəyi ilə 28 may Respublika günü qeyd edildi
12:50
Gənclər Fondun maliyyə dəstəyi ilə 28 may Respublika günü qeyd edildi
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi (GVB) “Vətən bizim and yerimiz “adlı layihə çərçivəsində BMM-ə və Bakının Səbayil rayon 2 saylı Humanitar Texniki elmlər liseyində 28 May Respublika Gününə həsr olunmuş “ Vətənimizi sevək tariximizi öyrənək”,” Hər bir vətənpərvər, millətini, xalqını sevən hər bir vətəndaş Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir” mövzusunda elmi-praktik konfrans və təlim keçirib. Konfransı açan layihə üzrə təlimçisi A.Hüseyinova layihə əsasında keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib. Sonra GVB sədri Müqamət Əliyev 28 May Respublika Gününün yaranma tarixindən, 1918-ci ildə Azərbaycanın müstəqilliyi əldə etməsi üçün çəkilən əziyyətlərdən, fədakarlıqlarından, danışıb. Deyib ki, Azərbaycan Demokratik Respublikası hökuməti dövlət müstəqilliyi 23 ay qoruya bildi, sonra Qızıl Ordu tərəfindən Azərbaycan işğal olundu: “XX əsrdə bir daha Azərbayucan öz müstəqilliyinə 1991-ci ildə nail oldu. Onu da qeyd edən M.Əliyev bildirdi ki,1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkədəki xausu aradan qaldırdı və əhali arasındakı pərakəndəliyə son qoydu. Onun gəlişindən sonra ölkədə sabitlik yarandı, nizami ordu quruldu, atəşkəs əldə olundu. “Əsrin Neft müqaviləsi” imzalandı. Yeni yaradılan dövlət qurumları arasında Gənclər və İdman Nazirliyi də oldu. Ulu öndərin sərəncamı ilə 1997-ci ildən fevral ayı gənclər günü kimi qeyd edilməyə başlandı”. Sonra GVB sədri bildirib ki, ulu öndərimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin apardığı çoxsaylı islahatlar hamını olduğu kimi, gəncləri de sevindirir.
Tədbirdə DİN-in İdman Cemiyyetinin əməkdaşı İ. Siracov, Azərbaycan Ciü- Citsu və kontakt karate do federasiyalarının temsilçiləri A.Quliyev, T.Seyidov, M.Seyidov, “Oyama “karate-do klubun prezidenti H .Əliyev, GVB-nin şöbə müdirləri N.Qaçayev, İ. Əliyev, müşavir N. Niftiyev, S. Quliyeva, gənc idmançılar və başqaları Heydər Əliyevin yaradıcılığından, ideologiyasından, dövlət gənclər siyasətindən söz açıblar.
Konfrans başa catdıqdan sonra “Qələbə naminə” devizi altında yüngül atletika üzrə orta məsafəli qaçışlara start verilib.
Qeyd edək ki, tədbir zamanı GVB-nin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi M. Səlimov və digər şəxslərə fəxri diplomlarla təltif olunublar. Konfrans başa çatdıqdan sonra ,Vətəni hər an qorumağa hazır ol! devizi altında yeniyetmə və gənclər arasında yüngül atletika üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib.
Baxışlar: 405 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2016  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024