Hərbi vətənpərvərliyin təbliğundə təlimatçı məşqçilərin rolu müzakirə edilib - 29 November 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 29 » Hərbi vətənpərvərliyin təbliğundə təlimatçı məşqçilərin rolu müzakirə edilib
16:15
Hərbi vətənpərvərliyin təbliğundə təlimatçı məşqçilərin rolu müzakirə edilib
Gənc Vətənpərvərlər Birliyi (GVB) "Vətən bizim and yerimiz” yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” layihəsi çərçivəsində "Hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində və psixoloji amillərin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda Milli Olimpiya Komitəsinin Olimpiya mərkəzində elmi-nəzəri-praktik konfrans və yeniyetmələr arasında yüngül atletika üzrə yarış keçirib. 

Tədbiri giriş sözü ilə açan layihə üzrə koordinator N. Qaçayev layihənin mahiyyətindən söhbət açıb. 

Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, konfransda layihənin rəhbəri M. Əliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlərin uğurlarından söhbət açıb və qeyd edib ki, təhsil müəssisələrində, idman cəmiyyətlərində yeniyetmə və gənclərin vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlanmasında təlimatçı məşqçilərin üzərinə böyük məsuliyyət düşür və bu sahədə maarifləndirmə işlərinə ehtiyac duyulur. 

Həkim - psixoloq S. Bağırlı bildirib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir. 
Gənclər və İdman Nazirliyinin məsul işçisi M. Nəsibov bu kimi layihələrin keçirilməsinin vacibliyini bildirib və əlavə edib ki, məktəblərdə, idman cəmiyyətlərində psixoloji amillərin əsaslarının maarifləndirilməsi və tətbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. 

Tədbirdə çıxış edən layihə üzrə təşkilat komitəsinin üzvü, vəkil A.Əsədov ,GVB-nin fiziki və psixoloji hazırlıq şöbəsinin müdir müavini C. Nəsibov, yüngül atletika üzrə məşqçi Ə.Məmmədov, Milli karate federasiyasının təmsilçisi A. Allahverdiyev və başqaları bu yönümlü layihələrin vacibliyindən , uşaq və yeniyetmələr arasında psixoloji və ideoloji işlərin gücləndirilməsindən söz açıblar. 

Konfrans başa catdıqdan sonra uşaqlar arasında yüngül atletika üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib, idmançılara, qonaqlara rəngli bukletlər paylanıb. 
Qeyd edək ki, laihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. 
Hamlet
Baxışlar: 241 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2016