Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 12 » GVB Konstitusiya gününə həsr edilmiş konfrans keçirib
17:20
GVB Konstitusiya gününə həsr edilmiş konfrans keçirib
 
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVB) "Vətən bizim and yerimiz: yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş elmi nəzəri praktik konfrans keçirib.
qhtxeber.az-a daxil olan məlumata görə, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində (DİN İC) keçirilmiş tədbirdə GVB-nin İdarə heyətinin üzvləri, regional şöbələrin nümayəndələri, idman federasiyalarının ,QHT-lərin, KİV-in və GVB-nin fəxri üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan birliyin mətbuat və informasiya şöbəsinin koordinatoru P. Səfərov layihə çərçivəsində keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib. GVB-nin sədri Müqamət Əliyev Azərbaycan xalqını və tədbir iştirakçılarını Konstitusiya günü münasibəti ilə təbrik edib. O, bildirib ki, Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilib: "Konstitusiya – hökumət qanunlarının külliyatı deməkdir, hansı ki, hökümətin fəaliyyətini nizama salır, insanların çəmiyyətdə və bir-birinə əxlaqi davranışlarını qaydaya salır. Bu – Respublikanın ərazi bütövlüyünü, müstəqil olmasını göstərən bir sənəddir”.

Azərbaycan Beynəlxalq Arbitraj məhkəməsinin sədr müavini A. Əsədov Konstitusiya haqqında məlumat verərək, ona edilən əlavə və dəyişiklik haqqında danışıb. AMEA-nın elmi işçisi S. Zülfüqarova , GVB-nin fəxri üzvü Z. Kazımov, DİN İC-nin şöbə rəisi, polkovnik-leytenant İ. Siracov və digərləri çıxış edərək bayram münasibəti ilə bütün Azərbaycan xalqını təbrik ediblər. Sonra tədbir idman bölmələrində davam etdirilib.

Hamlet
Baxışlar: 526 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024