Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Oktyabr » 17 » Layihə çərçivəsində konfrans keçirilib
16:58
Layihə çərçivəsində konfrans keçirilib
Layihə çərçivəsində konfrans keçirilib
 qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi "Vətən bizim and yerimiz: yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ” adlı layihə çərçivəsində Dövlət Müstəqiliyi günü münasibətilə 283saylı tam orta məktəbdə "Azərbaycan gəncliyi və müstəqilik” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
qhtxeber.az-ın məlumatına görə, konfransı giriş sözü ilə açan məktəbin direktoru Şüküfə Axundova Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik etdikdən sonra icra olunan layihənin vacibliyindən danışıb. Qeyd edib ki, vətənpərvərliyin təbliğ olunması istiqamətində orta və ali məktəblərdə işlər görülməlidir: "TV-də bu səpkili verilişlər çox olmalı və həmin verilişlərə ziyalılar, müəllimlər və bu sahədə fəaliyyət göstərən təşkilat sədrləri dəvət olunmalıdır”.
Layihənin rəhbəri M. Əliyev layihənin mahiyyətindən danışıb, layihə çərçivəsində keçirilən müxtəlif yönlü tədbirlərin uğurundan və bu layihədə çoxsaylı gənclərin faydalanmasından söhbət açıb.
Natiq əlavə edib ki, Azərbaycanın dövlət müstəqiliyi bizim tarixi nailiyyətimizdir, ən qiymətli sərvətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək,”Azərbaycanın dövlət müstəqiliyi daimidir,dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqiliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”: "Dünyanın görkəmli siyasətçiləri, strateqləri sırasında qəbul olunan Prezident İlham Əliyev müstəqiliyimizin sükanı arxasında inamla,qətiyyətlə dayanıb”.
Konfransda çıxış edən psixoloq Sevinc Bağırlı bildirib ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici rəsmlər çəkilməli çəkilən rəsmlərə görə fərqlənən gənclər mükafatlandırılmalıdır.
Tədbirdə çıxış edənlər - layihənin koordinatoru N. Quliyev, məktəbin ədəbiyyat müəllimi Ş. Quliyeva, gvb.ucoz.com saytının rəhbəri Z. Adıgözəlov, GVB-nin məsul katibi S. Zülfüqarova , fiziki və psixoloji hazırlıq şöbəsinin müdiri İskəndər Əliyev və digərləri layihənin vacibliyindən və bu yönlü tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyindən danışıblar.
Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.

Hamlet
Baxışlar: 574 | Əlavə etdi: Aliyev | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2013  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024