Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Sentyabr » 23 » GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİLİB
15:37
GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİLİB
GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ TƏDBİR KEÇİRİLİB

Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Yeniyetmə və Gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi” adlı layihə çərçivəsində BMM Qurban bayramı münasibətilə “Qurban bayramı İslamın bir din kimi" və ," Müasir Azərbaycanda gənclər və idman hərəkatı mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirib.

Layihə rəhbəri Muğan Əliyev Azərbaycan xalqını səngərdə duran əskər və zabitləri Qurban bayramı münasibəti ilə təbrik etdi və o qeyd edərək bildirdi ki, Qurban bayramını Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunmasının Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu bayramı Dövlət tərəfindən yüksək səviyyədə keçirilməsini Respublika prezidenti Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilir deyən Əliyev onu da qeyd etdi ki. Qurban mərasimi insanları sülh və əmin amanlıq yoluna dəvət edir cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevirir ölkəmizdə geniş xeyrəcilik tədbirləri həyata keçirilir. GVB-i də hər il olduğu kimi bu ildə Gənclər Fondun maliyyə dəstəyi ilə bu xeyrəci tədbirə qoşularaq sil silə tədbirləri həyata keçirdiyindən söhbət acdı.
Layihə köməkçisi N. Quliyev bildirdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edərək yerli ictimai təşkilatlar və kütləvi informasiya vastələri tərəfindən vətənpərvərlik mövzuları ilə bağlı maarifçiliyin aparılmasına diqqətin artırılmasına nail olmaqdır. YAP Xətai rayon təşkilatının idarə heyətinin üzvü N.Kərimov çıxış edərək bildirdi ki, Vətən hər birimizin qeyrətinə söykənməlidir əks təqdirdə o qüdrətli əzəmətli ola bilməz ona görə hamılıqla bu sahədə maarifləndirmə işlərimizi gücləndirməliyik.
AMEA-n Azərbaycan Tarix muzeyinin elmi işçisi P. Əzimova Qurban bayramı haqqında məlumat verərək bildirdi ki, fədakarlığın bir nümunəsi olan bu dəyərlərin paylaşılması cəmiyyətin mənəvi tərbiyəsi üçün olduqca əhəmiyyətlidir: “Bu bayram insanlar arasında yardımlaşmanı, səmimiyyəti artırmaqla bərabər, insanlarda fədakarlıq ruhunu tərbiyə edir, dünyaya aşırı bağlılıqları Allah yolunda qurban verməyi öyrədir. Qurban bayramının əsas mahiyyəti də elə budur ki, insan onu bu dünyaya zəncirləyən bağları, nəfsi, istəklərini qırmağı bacarsın və nəfs üzərində qələbəsini bayramla qeyd etsin”.
DİN –n İdman Cəmiyyətində birliyin səlahiyyətli nümayəndəsi E. Xudaverdiyev qeyd etdi ki, bu yönlü layihələrin idman cəmiyyətlərində, Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında vətənpərvərlik və pis vərdişlərə qarşı maarifləndirmə işlərinin aparılmasına ehtiyac var.
Çıxış edən nümayəndələr və məşqçi müəllimlər vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq olunması üsullarından, narkomaniya və pis vərdişlərin fəsadları və s. barədə ətraflı məlumat vermiş, dövlətimizin hər bir vətəndaşa olan qayğısından, gələcəyimiz olan gənclərin vətənpərvər və sağlam ruhda böyüməsinin vacibliyindən danışmışlar. Sonda natiqlər tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Tədbir İdman Cəmiyyətinin idman bölmələrində davam etdirilib və tehniki semnar və idman yarışlarına start verilib. Tədbirin sonunda İmkansız ailələrə, şəhid ailələrinnə ,idman veteranlarına və digər şəxslərə İctimai Birliyinin Qurban bayramı münasibəti ilə hazırladığı sovqatları və Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici buklet və informasiya materialları, H. Əliyevin şəkili olan döş nişanı paylanılıb. Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub.
Tədbir 23-24 sentyabr tarixinə kimi idman tədbirləri ilə davam etdiriləcək, Bakı,Gəncə və Şəmkir rayonlarında
Tədbirdə idman ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, məşqçilər iştirak ediblər.

GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 472 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024