Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 12 » GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ SUMQAYITDA TƏDBİR KEÇİRİLİB
08:05
GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ SUMQAYITDA TƏDBİR KEÇİRİLİB
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ (GVB)Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi“adlı layihə çərçivəsində Dövlət Müstəqillik gününə həsr olunmuş” Sumqayıt şəhərin”TEYD”İSK ,MOİK-də “Müstəqiliyimiz əbədidir dönməzdir "mövzusunda elmi nəzəri praktik konfransa və “Təkcə dövlət və ordu yox, bütün Azərbaycan gəncliyi vətəni hər an fiziki, psixoloji və ideoloji cəhətdən hazır olmalıdır” devizi altında karate üzrə tehniki semnar və təlim keçirilib.
Tədbirdə Çıxış edən fəxri bədən tərbiyəsi və idman işçisi Muqamət Əliyev yarış iştirakçılarını və gələn qonaqları Dövlət müstəqilliyi günü münasibəti ilə təbrik etdi. Daha sonra qeyd edildi ki, keçirilən bu təlimin mahiyyəti gənclərimizi fiziki-psixoloji cəhətdən hazırlamaqdan ibarətdir. Çünki gənclərimiz hər an vətəni qorumaq üçün fiziki cəhətdən güclü olmalıdır.. O bildirib ki, ərazilərinin 20%-i işğal altında olan, mürəkkəb geostrateji bölgədə yerləşən Azərbaycan öz suverenliyini qorumaq üçün daim güclü orduya malik olmalıdır. O qeyd edib ki, artıq Azərbaycanda hərbi sahəyə xüsusi diqqət ayrılır və hərbçilərin müxtəlif sosial problemləri demək olar ki həll edilib. Layihə rəhbəri bildirib ki, savadlı zabit kadrların yetişdirilməsi üçün yaxşı qiymətlərlə təhsil alan gənclərin gələcək karyera kimi hərbi təhsil müəssisələrini seçmələri vacibdir. Çünki güclü orduya sahib olmaq üçün ilk növbədə vətənpərvər, savadlı gənclərin hərbi təhsilə cəlb edilməsi zəruridir. Tədbirdə çıxış edən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polis baş cavuşu R.Veysov Silahlı Qüvvələrdə keçirilən islahatlar və ordumuzun formalaşması prosesi barədə iştirakçılara informasiya verib. R.Veysov bildirib ki, dövlətin orduya diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusudur, O bildirib ki, ölkə rəhbərliyi hərbi sahəni daim diqqətində saxlayır və dövlətin maliyyə resurslarının imkan verdiyi qədər ordunun silah-sursat, hərbi texnika təchizatının müasir standartlara uyğun olaraq yenilənməsini təmin edir. Bu işlərin nəticəsi olaraq Azərbaycan müasir silah sistemləri, hərbi texnika alınmasına ən çox maliyyə vəsaiti ayıran ölkələrdəndir. Qarabağ müharibəsi veteranı ehtiyatda olan hərbi mayoru S.Əliyev çıxışında idmanın inkişafından və müasir dövrdə regionun hərbi-siyasi durumu barədə iştirakçılara məlumat verib. S.Əliyev qeyd edib ki, cəmiyyətimizin qarşısında duran əsas məsələlərdən biri də orta məktəblərdə əla qiymətlərlə oxuyan vətənpərvər gənclərin hərbi təhsilə cəlb edilməsidir. O vurğulayıb ki, ordunun ən çox savadlı, milli düşüncəli gənclərə ehtiyacı vardır: “Çünki müasir dövrdə hərb sahəsinin inkişaf tempi o qədər sürətlə gedir ki, yalnız yüksək səviyyədə təhsil almış, dünyagörüşü geniş olan, daim öz üzərindən işləyən zabitlərdən formalaşan ordu döyüş qüdrətini yüksəltməyə və qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirə bilər. Müasir dövrdə hərb sahəsində texnoloji yeniliklərin getdikcə daha çox tətbiq olunması “ağıllı silah sistemləri”nin istifadəyə verilməsi, hərbi əməliyyatların hətta komputerlə idarə olunması kimi dəyişikliklər tələb edir ki, hərbçilər də daha savadlı gənclərdən seçilsin”. Daha sonra layihə rəhbəri ölkəmizdə fəaliyyət göstərən hərbi təhsil müəssisələri, onlara qəbul qaydaları və Ali Hərbi Məktəblərdəki ixtisaslar barədə iştirakçıları məlumatlandırıb. Tədbirdə gənclərə layihə çərçivəsində çap edimiş buketlər paylanılıb. Görüş zamanı idmana, hərbi təhsilə maraq göstərən gənclərin sualları cavablandırılıb. Təlim idman zalında davam etdirilib.
Tədbirdə,AMKF təmsilçisi A.Allahverdiyev, Sumqayıt şəhəri üzrə əməkdar məşqiçi R.Məmmədov, Azərbaycanda fəaliyyət göstərən ictimai birliklər,GVB-n üzv olan təşkilatların rəhbərləri, dünya şöhrətli idmancılar ,ictimayyət nümayəndələri,ziyalılar,qarabağ müharibə veteranları və KİV iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan yeniyetmə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə vətənpərvərliyin təbliğidir. Fondun dəstəyi ilə tədbir sil-silə xarakter daşıyır növbəti tədbir 17-18 oktyabr 2015ci il tarixində Sumqayıt şəhər 6 mikrayon”TEYD”İdman Sağlamlıq kompleksində karate üzrə tehniki semnar və yarış keçiriləcək

GVB-n KİV iş şöbəsi
Baxışlar: 408 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024