Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Noyabr » 8 » GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ
10:05
GƏNCLƏR FONDUN MALİYYƏ DƏSTƏYİ İLƏ QHT DÖVLƏT BAYRAĞININ YARANMASI GÜNÜNÜ QEYD ETDİ
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması “adlı layihə çərçivəsində DIN-n İdman Cəmiyyətində Dövlət bayrağı gününə həsr olunmuş ” Gənclərimizin gələcəyi vətənimizin gələcəyidir”, və “GDO-lu məhsulların insan sağlamlığına qarşı törədə biləcəyi təhlükələr barədə sistematik olaraq gənclər arasında maarifləndirmə tədbiri keçirilmişdir.

Dövlət himni səsləndikdən sonra çıxış edən DİN-n İdman Cəmiyyətinin sədri polis-polkovniki Zemfira xanım Meftahətdinova tədbir iştirakçılarını salamladı və bu tədbirin bu İdman Cəmiyyətində keçirilməsinə görə Birliyə və Gənclər Fonduna İdman Cəmiyyətin əməkdaşları adından təşəkkürünü bildirdi və qeyd etdi ki, bu yönümlü layihələrin keçirilməsi gənclərdə milli atributlara olan hörməti artırır və hərbi vətənpərvərlik hislərinin daha da gücləndirir.
Layihənin məqsədindən söz açan layihə rəhbəri M.Əliyev qeyd edib ki, layihənin məqsədi Azərbaycan cəmiyyəti Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları barədə daha ətraflı məlumatları və bilgiləri gənclər arasında təbliğ etməkdən ibarətdir.
AMEA-n Tarix muzeyinin elmi işçisi P. Əzimova qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü, qədim türk dilinə aid “Batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən gəlir deyən M.Əliyev onu da bildirdi ki, 2010- cu ildən Respublika Prezidentin sərəncamı ilə hər il 9 noyabr Dövlət bayrağının yaranma gününü qeyd olunur.
Layihə üzrə təlimçi Q. Ağalarova bildiirdi ki, Bir çox ölkələrdə GDO-lu məhsulların istehsalını və idxalını tənzimləyən xususi qanunlar qəbul edilir.
Azərbyacan Respublikası 19 yanvar 2000-ci ildə “Bioloji Müxtəliflik Haqqında” BMT-nin konvensiyasına və “Bioloji müxtəliflik haqqında" Konvensiyaya Biotəhlükəsizliyə dair Kartagena Protokoluna qoşulmuşdur
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Sonda maarifləndirici materiallar paylanmış suallar cavablandırılmışdır.
Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda idman bölmələrində açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər.
Tədbirdə, DİN-n İdman Cəmiyyətinin müvafiq struktur rəhbərləri, məşqiçilər ,KIV,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri digər hörmətli şəxslər iştirak edirdi.
GVB KİV iş üzrə şöbəsi
Baxışlar: 438 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2016  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024