Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Oktyabr » 31 » Layihə çərçivəsində vətənpərvərlik təbliğ olunub
17:44
Layihə çərçivəsində vətənpərvərlik təbliğ olunub
Gənc Vətənpərvərlər Birliyi "Vətən bizim and yerimiz: yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” layihəsi çərçivəsində "Vətənpərvərlik insanların fiziki və mənəvi sağlamlığı şüurun inkişaf etməsi, idman və bədən tərbiyəsi ilə sıx bağlıdır” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, əvvəlcə layihənin koordinatoru N. Qaçayev tədbirin mahiyyəti barədə məlumat verib.

Konfransda çıxış edən İctimai Birliyin sədri, fəxri bədən tərbiyəsi və idman işçisi M. Əliyev deyib ki, orta ümumtəhsil, orta ixtisas və ali orta ixtisas təhsil müəssisələrində, idman cəmiyyətlərində yeniyetmə və gəncləri milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə, milli və döyüş ruhunda hazırlamaqla yanaşı, onlara milli qəhrəmanlarımızdan, onların sücaətindən, həyat yolundan, eyni zamanda milli-mənəvi dəyərlərimizdən, adət - ənənələrimizdən söhbət açılmalıdır: "Təəssüflə deyə bilərəm ki, gənclərin çoxu adət - ənənələrimizdən, məlumatsızdır. Bu layihənin əsas məqsədi də vətənpərvərlik ruhunda yeniyetmə və gəncləri maarifləndirmək, onları milli qəhrəmanlarımıza, milli rəmzlərə, milli - əxlaqı dəyərlərimizə hörmət ruhunda tərbiyələndirməkdir”. Layihə rəhbəri onu da qeyd edib ki, bu sahədə müəllim kollektivinin üzərinə böyük məsuliyyət düşür və bu sahədə işlərin gücləndirilməsinə böyük ehtiyac duyulur. O, həmçinin layihə çərçivəsində qarşıdan gələn Dövlət Bayrağı Günü münasibətilə müxtəlif idman yarışlarının təşkil ediləcəyini də nəzərə çatdırıb.

Tədbirdə çıxış edən AMEA-nın elmi işcisi S. Zülfüqarova, Gənclər və İdman Nazirliyinin məsul işçisi və GVB-nin texniki məsələlər üzrə müşaviri M. Nəsibov, Təhsil Nazirliyinin Uşaq-Gənclər məktəbinin direktoru O. Məmmədli, Azərbaycan Kooperasiya Universitetinin tələbəsi K. Sultanova, psixoloq S. Bağırlı və başqaları belə layihələrin vacibliyindən, gənclər arasında vətənpərvərliyin inkişafı üçün psixoloji və ideoloji işlərin gücləndirilməsinin əhəmiyyətindən söz açıblar.
Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib. Tədbirin sonunda iştirakçılara Ulu öndər Heydər Əliyevin döş nişanı, rəngli bukletlər, təsvirli köynək və fəxri diplomlar təqdim edilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyə dəstəyi ilə həyata keçirilir.

Hamlet
Baxışlar: 565 | Əlavə etdi: Aliyev | Reytinq: 4.0/1
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2013  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024