Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Oktyabr » 23 » Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində tədbir keçirildi
14:25
Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində tədbir keçirildi
“Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində tədbir keçirildi
Gənc Vətənpərvərlər Birliyi (GVB)Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə çərçivəsində Bakı şəhər Nəsimi rayon 111 saylı tam orta məktəbdə həyata keçirilmişdir.
Nəsimimi rayon 111 saylı tam orta məktəbdə keçirilmiş tədbirdə GVB-nin İdarə heyətinin üzvləri,QHT-lərin, KİV-in və GVB-nin fəxri üzvləri iştirak ediblər.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru J.Hacıyeva bildirdi ki,gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onların vətənpərvərlik hisslərinin artırılması bu gün Azərbaycanda əsas prioritetlərdən biri hesab edilir. Torpaqlarımızın işğal altında olduğu bir vaxtda bilikli və cəsur vətənpərvər gənclərə daha çox ehtiyac duyulduğunu vurğuluyaraq keçirilən layihənin gənclərin vətənpərvər olunması üçün vacib olduğunu söylədi. GVB-nin sədri Müqamət Əliyev layihə haqqında məlumat verdi. Bildirdi ki, bu gün qarşımızda duran ən ali vəzifələrdən biri gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə keçirdiyimiz ““Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi” adlı layihə gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə yönəlib. M.Əliyev qeyd etdi ki, müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır.
Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Ş.Tağıyev,19 saylı tam orta məktəbin Hərbi rəhbəri İ.Əzimov,birliyin Humanitar və mədəniyyət şöbəsinin müdir müavini H.Cavadlı və digərləri çıxış edərək bildiriblər ki, gənclərə vətənpərvərlik anlayışı, müasir dövrdə qloballaşan dünyada milli-mənəvi dəyərlərin qorunub saxlanılması, Azərbaycanın dövlətçilik tarixi, millətimizin formalaşması prosesi, beynəlxalq münasibətlər sistemində ölkəmizin yeri və.s haqqında məlumatlar verilib. İştirakçılarla diskussiya şəraitində keçirilən tədbirdə gənclər maraqlı təşəbbüslərlə çıxış ediblər
Sonra tədbir sinif bölmələrində davam etdirildi.
Tədbirin sonunda iştirakçılara, layihə çərçivəsində nəşr edilmiş kitab, üzərində Gənclər Fondunun və “Gənc Vətənpərvərlər Birliyinin loqoları əks olunmuş köynəklər , bukletlər və Heydər Əliyevin şəkili olan döş nişanı və informasiya matrialları paylanılıb . Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi olan yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğidir .
GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 303 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2017  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024