Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » May » 5 » Gənc vətənpərvərlər ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirib
14:59
Gənc vətənpərvərlər ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirib
Gənc vətənpərvərlər ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirib

Samir Soltanov/AZADİNFORM. Prezident yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi (GVB) tərəfindən “Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı” devizi ilə tədbirlərin təşkili” layihə çərçivəsində Nizami rayonundakı 10 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu və Dövlət idman siyasəti gənc nəsilin sağlamlığının təminatçısıdır” mövzusunda tədbir keçirilib.
Azadinform xəbər verir ki, tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi Q.Yaqubov,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri M. Əliyev bildirib ki, Ulu öndərin fenomenal şəxsiyyəti parlaq azərbaycancılıq nümunəsidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində həmişə xalqımızın milli maraqlarına xidmət etdiyini, məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın nəinki regionda, dünyada qüdrətli bir dövlətə çevrildiyini diqqətə çatdırıb.
Daha sonra çıxışlarda narkomaniya, içki aludəçiliyi və siqaret çəkmək kimi pis vərdişlərin mənfi tərəfləri haqqında uşaqlar arasında maarifləndirmə işləri aparılmasına böyük ehtiyac olduğu vurğulanıb.
Tədbirdə natiqlər, həmçinin, “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyevin ideyalarının reallaşdığı ” mövzularında çıxışlar ediblər.
Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 illiyinə həsr olunmuş şeirlər “Sən elə bir zirvəsən” adlı sənədli film nümayiş olunub.
Prezident yanında QHT Dövlət Dəstəyi Şurasının katibliyin baş məsləhətçisi Xanım Cəbrayılova, Ramin Cəfərov məktəbin ədəbiyyat müəliməsi F.Aslanlı, hərbi şahin oyunlarının fəalları X.Mustafayev, G.İbrahimova və digərləri Fəxri diplomla təltif olunub. Konfrans başa çatdıqdan sonra yeniyetmə və gənclər arasında yüngül atletika üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib, idmançılara, qonaqlara Heydər Əliyevin əksi olunmuş döşnişanı təsvirli mayka,Narkomaniya və QİÇS-lə bağlı maarifləndirici bukletlər və informasiya matrialları paylanılıb.
Baxışlar: 480 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2016  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024