Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Dekabr » 19 » Gənc Vətənpərvərlər İctimai Birliyi(GVİB) İdarə heyətinin IV rübün yekunu ilə bağlı iclası keçirilib
13:44
Gənc Vətənpərvərlər İctimai Birliyi(GVİB) İdarə heyətinin IV rübün yekunu ilə bağlı iclası keçirilib
Gənc Vətənpərvərlər İctimai Birliyi(GVİB) İdarə heyətinin IV rübün yekunu ilə bağlı iclası keçirilib

İclası giriş sözü ilə açan birliyin sədri Müqamət Süleyman oğlu iştirakçıları qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi günü və yeni il münasibəti ilə təbrik etdikdən sonra gündəlikdə duran məsələlərlə tanış edib.
MNTK sədri R. Hacıyeva IV rübdə görülən işlər barəsində hesabat verib
Sonra GVİB sədri Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə " Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi" adı layihənin oktyabr-noyabr-dekabr- 2017-cü ildə uğurla həyata keçirilməsindən söhbət açdı. Bildirdi ki, layihə müddətində gənclər arasında milli hərbi vətənpərvərlik , narkomaniya, zərərli vərdişlərdən qorunmanın üsulları tədbiqi, milli-mənəvi dəyərlər, sağlam həyat və sağlam ailə təbliğatı mövzularında maarifləndirmə işlərinin uğurla aparılmasından , eyni zamanda müxtəlif idman yarışların, könüllü sosioloji sorğuların icra planına uyğun olaraq keçirilməsini və bu layihədən çox saylı gənclərin faydalanmasından idarə heyətin üzvlərinə və yerli şöbələrin rəhbərlərinin nəzərə çatdırdı
İclasda cari məsələlər də müzakirə olunmuş və 2018-ci ilin I-çi rübündə görüləcək işlər və müxtəlif növlü tədbirlərinin həyata keçirilməsi haqqında tədbirlər planı təsdiq olundu .
Yığıncaqda təşkilatı məsələlərə də baxılıb. GVİB-n sədrin təklifi ilə Azərbaycan Dillər Universitetinə səlahiyyətli nümayəndə Dadaşev Elbrus, Bakı şəhər Nərimanov rayon 45 saylı tam orta məktəbdə məktəbin tərbiyə işlər üzrə müavini Lamiyə Əliyeva , Nəsimi rayon 247 saylı tam orta məktəbdə Hərbi rəhbər Elçin Əliyev səlahiyyətli nümayəndə vəzifəsinə və təqaütdə olan hərbi polkovnik Əzimov İslam isə hərbi fiziki və psixoloji hazırlıq işləri üzrə sədrin müşaviri vəzifəsinə təyin olunmuşdur.


GVB-n KIV üzrə şöbəsi
Baxışlar: 42 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2017  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2018