Saytın menyusu
Statistika

Onlaynda cəmi: 2
Qonaqlar: 1
İstifadəçilər: 1
Aliyev
Giriş forması
Ana səhifə » 2017 » Mart » 30 » Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB 31mart soyqırımının 99-cu ildönümü münasibətilə "Qanlı mart” adlı tədbir keçirib
11:01
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB 31mart soyqırımının 99-cu ildönümü münasibətilə "Qanlı mart” adlı tədbir keçirib
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyə dəstəyi ilə” Fiziki hazırlıq vasitəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adı layihə çərcivəsində Daxili İşlər Nazirliyin İdman Cəmiyyətində 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə”Ermənililərin törədlikləri soyqırımlara və terorlara son qoyulmalıdır”mövzusunda tədbir keçirib. Tədbirdə qurumun yerli şöbələri ,birliyə üzv olan təşkilatların nümayəndələri ,idman ictimaiyyətin nümayəndələri , məşqiçilər ,tarixşünaslar,ziyalılar və digər qurumların əməkdaşları iştirak ediblər. Əvvəlcə 31 mart soyqırımı qurbanlarının və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə acan DİN-n İC –n sədri p-k Z. Meftahətdinova bildirib ki, Şəhid sözü “gördüyünü və bildiyini söyləyən”, “hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. “Şəhid” “şahid” sözünün mübaliğə formasıdır” deyən Z. Meftahətdinova yeniyetmə və gənclər arasında vətənpərvərlik hislərinin gücləndirilməsi və azərbaycanlılara qarşı törədilən soy qırımı haqqında maarifləndirmə işlərinin aparılmasının vacib olduğunu dilə gətirib Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə " Fiziki hazırlıq vasitəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihəsi çərçivəsində keçirilən tədbirdə layihənin əlaqələndiricisi Nuru Quliyev məqsəd və vəzifələrdən danışıb. Sonra İctimai Birliyin sədri Muğan Əliyev çıxışında qeyd edib ki 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb: “Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri amansız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib və Azərbaycan xalqını yer üzündən tam silmək kimi iyrənc niyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarıb”.
Tədbirdə 31 mart tarixinin 1998-ci ildən Azərbaycan Respublikasında dövlət səviyyəsində “Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edildiyi vurğulanıb:
“Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşımızın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürülüb. Təəssüflər olsun ki, qanlı mart faciəsindən 99 il keçməsinə baxmayaraq, dünya ictimaiyyəti hadisə ilə yetərincə məlumatlandırılmayıb”.
İdman Cəmiyyətinin əməkdaşları və məşqiçilər Azərbaycan tarixinin qanlı yaddaşlarından, faciəli səhifələrindən biri olan mart soyqırımının təkcə xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə törədilmiş cinayət kimi qiymətləndirib, bu cinayəti törədənlərin cəzalandırılması, azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı aktı barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının təxirəsalinmazlıgını vurğulayıblar.
O da vuruğlanıb ki, Gənclər və İdman İdarələri ilə birgə tədbirlər pılanı hazırlanıb və bu gündən etibarən Gəncə,Şəmkir və Bakı şəhərində bu tipli tədbirlərə start verilib.Tədbirdə iştirak edən AMEA-n Tarix müzeyinin elmi işçisi P.Əzimova , hüquqşunas A.Əsədov,qarabağ müharibə veteranı S.Əliyev ,Birliyin Humanitar və mədəniyyət şöbəsinin müdiri N.Qacayev,beynaxalq əlaqələr şöbəsinin müdiri N.Quliyev,tarixşunas Ə.Dadaşov və digər şəxslər ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı fikirlərini bildiriblər. Konfrans başa catdıqdan sonra görüşlər idman bölmələrində davam etdirildi/

GVB-n KİV üzrə şöbə
Baxışlar: 307 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024