Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 0
İstifadəçilər: 1
Aliyev
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 26 » Gənc Vətənpərvərlər Birliyinin IV qurultayı keçirilib
09:31
Gənc Vətənpərvərlər Birliyinin IV qurultayı keçirilib
Gənc Vətənpərvərlər Birliyinin IV qurultayı keçirilib

Dünən Gənc Vətənpərvərlər Birliyinin növbəti - IV Qurultayı keçirilib. Qurultayda Birliyin İdarə Heyyəti, səlahiyyətli nümayəndələri, fəal üzvləri, müxtəlif QHT nümayəndələri və KİV-lər iştirak etmişdir. Qurultaya Müqamət Əliyev sədrlik edib. Gündəlikdə duran əsas məsələlər Birliyin sədrinin və İdarə Heyyətinin tərkibinin seçilməsi və Gənc Vətənərvərlər Birliyinin Nizamnaməsinin qəbul edilməsi olub. İlk öncə GVB sədri Müqamət Əliyevin son iki ildə görülən işlər haqqında hesabatı dinlənilib. Qeyd olunub ki, GVB Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında, yeniyetmə və gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması sahələrində böyük işlər görüb. Daha sonra çıxış edən Birliyin yerli şöbələrinin sədrləri də son dövrlərdə GVB-in həyata keçirdiyi uğurlu layihələr haqqında məlumat verib. Çıxışlardan sonra səsvermə keçirilib və nəticələrə görə:
- Gənc Vətənpərvərlər Birliyinin Sədri yenidən Müqamət Əliyev seçilib;
- Birliyin İdarə Heyyətinin tərkibi təsdiq edilib;
- Birliyin nizamnaməsi qəbul edilib;
- Birliyin Mərkəzi Təftiş Komissiyasının üzvləri seçilib
Qurultayın sonunda qətnamə qəbul edilib. Qətnamədə deyilir:

1. GVB-in 2 illik fəaliyyət haqqında hesabat nəzərə alınsın.
2. Hesabat dövründəki fəaliyyət qənaətbəxş hesab edilsin.
3. Birliyin Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, yeniyetmə və gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərinin
aşılanması sahəsində və regionlarda Birliyin yerli şöbələrinin yaradılması ilə bağlı həyata keçirdiyi tədbirlər təqdirə layiq
hesab edilsin, bu yöndə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun sayılsın.
4. Birliyin fəaliyyəti ilə bağlı məruzələr və çıxışlarda göstərilən irad, nöqsan və catışmazlıqların aradan qaldırılması, müvafiq tədbirlər
planının hazırlanması Birliyin rəhbərliyinə həvalə edilsin.
5. Birlik Qeyri-Hökumət Təşkilatları ilə əlaqələrinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirsin.
6. Birlik milli proqramların icrasına GVB-nin fəal cəlb olunması, layihələrin dövlət tərəfindən qismən maliyyələşdirilməsi istiqamətində təkliflər paketi hazırlasın.
7. Azərbaycan Respublikasının müstəqiliyinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan Qarabağ probleminin ədalətli və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsində Gənc Vətənpərvərlər Birliyinin iştirakı və rolu artırılsın.
8. Dünya Azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar və xarici QHT-lər ilə əlaqələrin qurulması və inkişaf etdiliməsi üçün ardıcıl işlər aparılsın.
9. Gənc Vətənpərvərlər Birliyinin fəaliyyətinin regionlarda daha da genişlənməsi, regionların sosial iqtisadi inkişafında, yoxsulluğun azadılmasında Birliyin bilik, bacarıq və imkanlarından səmərəli istifadə edilsin.
10. Birliyin yerli şöbələri yerlərdə daha da uğurlu fəaliyyətlə məşğul olması üçün hər cür şəraitlə təmin olunması barədə yerli icra orqanlarının qarşısında məsələ qaldırılsın.


GVB-n KİV üzrə şöbəsi
Baxışlar: 485 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024