Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 23 » Gənc Vətənpərvərlər Birliyinin III qurultayı keçirilib
11:28
Gənc Vətənpərvərlər Birliyinin III qurultayı keçirilib
Dünən Gənc Vətənpərvərlər Birliyinin növbəti - III Qurultayı keçirilib. Qurultayda Birliyin İdarə Heyyəti, səlahiyyətli nümayəndələri, fəal üzvləri, müxtəlif QHT nümayəndələri və KİV-lər iştirak etmişdir. Qurultaya Müqamət Əliyev sədrlik edib. Gündəlikdə duran əsas məsələlər Birliyin sədrinin və İdarə Heyyətinin tərkibinin seçilməsi və Gənc Vətənərvərlər Birliyinin Nizamnaməsinin qəbul edilməsi olub. İlk öncə GVB sədri Müqamət Əliyevin son iki ildə görülən işlər haqqında hesabatı dinlənilib. Qeyd olunub ki, GVB Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, yeniyetmə və gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərinin aşılanması sahələrində böyük işlər görüb. Daha sonra çıxış edən Birliyin yerli şöbələrinin sədrləri də son dövrlərdə GVB-in həyata keçirdiyi uğurlu tədbirlər haqqında məlumat verib. Çıxışlardan sonra səsvermə keçirilib və nəticələrə görə: 
- Gənc Vətənpərvərlər Birliyinin Sədri yenidən Müqamət Əliyev seçilib; 
- Birliyin İdarə Heyyətinin tərkibi təsdiq edilib; 
- Birliyin nizamnaməsi qəbul edilib; 
- Birliyin Mərkəzi Təftiş Komissiyasının üzvləri seçilib 
Qurultayın sonunda qətnamə qəbul edilib. Qətnamədə deyilir: 

1. GVB-in 2 illik fəaliyyət haqqında hesabat nəzərə alınsın. 
2. Hesabat dövründəki fəaliyyət qənaətbəxş hesab edilsin. 
3. Birliyin Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, yeniyetmə və gənclər arasında milli və hərbi vətənpərvərlik hisslərinin 
aşılanması sahəsində və regionlarda Birliyin yerli şöbələrinin yaradılması ilə bağlı həyata keçirdiyi tədbirlər təqdirə layiq 
hesab edilsin, bu yöndə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun sayılsın. 
4. Birliyin fəaliyyəti ilə bağlı məruzələr və çıxışlarda göstərilən irad, nöqsan və catışmazlıqların aradan qaldırılması, müvafiq tədbirlər 
planının hazırlanması Birliyin rəhbərliyinə həvalə edilsin. 
5. Birlik Qeyri-Hökumət Təşkilatları ilə əlaqələrinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirsin. 
6. Birlik milli proqramların icrasına GVB-nin fəal cəlb olunması, layihələrin dövlət 
tərəfindən qismən maliyyələşdirilməsi istiqamətində təkliflər paketi hazırlasın. 
7. Azərbaycan Respublikasının müstəqiliyinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan Qarabağ probleminin ədalətli və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsində Gənc Vətənpərvərlər Birliyinin iştirakı və rolu artırılsın. 
8. Dünya Azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar və xarici QHT-lər ilə əlaqələrin qurulması və inkişaf etdiliməsi üçün ardıcıl işlər aparılsın. 
9. Gənc Vətənpərvərlər Birliyinin fəaliyyətinin regionlarda daha da genişlənməsi, regionların sosial iqtisadi inkişafında, yoxsulluğun azadılmasında Birliyin bilik, bacarıq və imkanlarından səmərəli istifadə edilsin. 
10. Birliyin yerli şöbələri yerlərdə daha da uğurlu fəaliyyətlə məşğul olması üçün hər cür şəraitlə təmin olunması barədə yerli icra orqanlarının qarşısında məsələ qaldırılsın.
Baxışlar: 585 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024