Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » May » 5 » Gənc Vətənpərvərlər Birliyi və Azərbaycan Turizm və Menecment Universiteti-nin (ATMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasın
10:21
Gənc Vətənpərvərlər Birliyi və Azərbaycan Turizm və Menecment Universiteti-nin (ATMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasın
Gənc Vətənpərvərlər Birliyi və Azərbaycan Turizm və Menecment Universiteti-nin (ATMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilib

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB)Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili ” adlı layihə çərçivəsində “Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar Azərbaycan TurizmMenecmen Universitetində “Heydər Əliyev ideyaları XXI əsrdə və “Geni Modifikasiya Olunmuş məhsullara qəti olaraq yox deyək “mövzularında dəyirmi masa və təlim keçirilib.
Tədbir Azərbaycanın himni ilə başlandı, sonra Ulu öndərin həyat və yaradıcılığına həsr olunmuş qısa metrajlı filmə baxılandan sonra HeydərƏliyevin ruhu bir dəqiqəlik skutla yad edildi. Layihənin rəhbəri M.Əliyev tədbir iştirakcılarını salamlayandan sonra o qeyd edərək bildirdi ki, Azərbaycanın böyük şəxsiyyətlər,müdrik insanlar,mahir sənatkarlar,yenilməz əyilməz sərkərdələr beşiyidir.Xalqımızın müdrik oğlu,tarixə öz azərbaycanlı möhürünü vurmuş Heydər Əliyev məhz belə bir fenomenal şəxsiyyətdir. Sonra o qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var və bu sahədə ölkə televiziyalarında bu mövzu ilə bağlı geniş yer ayrılmalıdır . Azərbaycan Turizm MenecmenUniversitetinin dekanı ,biologiya üzrə elmlər namizədi S.Vəzirova qeyd edib ki, Nazirlər Kabinetində GMO ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalı tam qadağan edilib. Yeganə qanun "Toxumculuq haqqında" qanundur. Onun 27-ci maddəsinin 2-ci bəndində xüsusi qeyd edilib ki, Azərbaycana GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır. Ancaq müstəsna hallarda - sərgilərdə göstərmək, təcrübələr qoymaq məqsədi ilə gətirmək olar. Könüllü təlimçi Q. Ağalarova qeyd edərək bildirdi ki, , ABŞ-da istehsal olunan ərzaq məhsullarının 80-85 %-i genetik modifikasiyalı tərkibə malikdir. Əhalisinin qida mənşəli sağlamlıq problemləri ilə ən çox üzləşdiyi ölkənin də məhz ABŞ olması bu iki xüsusiyyət arasında əlaqənin mövcudluğu ilə bağlı ehtimallar yaradır. Bundan əlavə, GMO məhsullarının bəzi hallarda hətta ölümlə nəticələnə bilən kəskin allergik reaksiya yaratdığı güman edilən hallar da qeydə alınıb.
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Tədbirdə ,çıxış edənlər QHT-na Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi H.Səmədov universitetin universitetin tələbələri A.Əskərov,K.Həsənova və digərləri bu yönümlü layihələrin vacibliyindən və bu proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb. Tədbirdə , Bərdə rayon Məşhulluq mərkəzinin baş məsləhətçisi Faxrəddin Əliyev və Bakı şəhər Təhsil Baş İdarəsinin məktəbdənkənar fəaliyyətin təşkili sektoruna milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində və səmərəli əməkdaşlığına görə fəxri diplomlara layiq görürdü. . Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında tələbələrə,qonaqlara maarifləndirici buklek paylanmışdır.
Tədbirdə, Turizm və Menecment Universitetinin xidmət mühəndisliyi fakutəsinin tələbələri ,Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi H.Səmədov ,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 446 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2017  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024