Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » May » 21 » Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
12:33
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
Tədbirdə GVB-nin İdarə Heyəti, Birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri və QHT nümayəndələri iştirak ediblər. Tədbir Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan GVB-nin sədri Müqamət Süleyman oğlu Əliyev bildirib ki, dövlət başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. O, vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib.
M. Əliyev çıxışında 100 il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin ilk dəfə məhz Azərbaycanda yaradıldığını diqqətə çatdırıb. Bu gün Azərbaycan təcrübəsinin bir çox ölkələrə örnək olduğunu deyən QHT sədri dövlətimizin uğurla inkişafından bəhs edib.
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş keçirilən tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda xilasetmə Dövlət
Xidmətini rəisi daxili xidmət polkovniki Rüfət Fəradov, Yevlax RPŞ-də Veteranlar Şurasının sədri, Qarabağ müharibə veteranı təqaüdə çıxmış polis mayoru Sabir Əliyev,”ŞUA”İdman Sağlmalıq Kompleksinin təsisçisi Zülfiqar Kazımov və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə və gənc nəslin sağlam, vətənpərvər ruhda yetişdirilməsində və səmərəli əməkaşlığına görə GVİB tərəfindən fəxri fərmanlarla təltif olunublar. Tədbirdə qeyd olunub ki, prezidentin sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar GVIB –n tədbirlər planı hazırlanıb. Bu konfranslar Bakı ,Gəncə, Şəmkir şəhərlərində Gənclər və İdman İdarələri ilə birgə keçirilməsi gözlənilir. .
GVB-nin KİV-i ilə iş şöbəsi
Baxışlar: 250 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2018  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024