Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Mart » 14 » Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
14:34
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə GVB-nin İdarə Heyəti, Birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak ediblər. Tədbir Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan GVB-nin sədri, Azərbaycan fəxri bədən tərbiyəsi və idman işçisi M. Əliyev bildirib ki, dövlət başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir. O, vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib.

M. Əliyev çıxışında 100 il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin ilk dəfə məhz Azərbaycanda yaradıldığını diqqətə çatdırıb. Bu gün Azərbaycan təcrübəsinin bir çox ölkələrə örnək olduğunu deyən QHT sədri dövlətimizin uğurla inkişafından bəhs edib.
Baxışlar: 363 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2018  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024