Gəncə şəhərində Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib - 27 October 2015 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 27 » Gəncə şəhərində Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib
11:16
Gəncə şəhərində Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib
Gəncə şəhərində Gənclər Fondun maliyyə dəstəyi ilə tədbir keçirilib

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “ Yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsi” adlı layihə çərçivəsində 27 oktyabr 2015-ci il tarixində Gəncə şəhər Xəzər Təhsil Mərkəzi ilə birgə ” Gənclər vətənpərvərlik ruhunda” mövzusunda dəyirmi masa keçirib.
GVB-n Gəncə şəhəri üzrə yerli şöbəsinin müdiri, Layihə üzrə təşkilat komitəsinin üzvü Elçin Axundov tədbiri açıq elan edərək layihənin mahiyyətindən və bu layihədən çox saylı gənclərin faydalanmasından söhbət açıb .
Sonra o qeyd edərək bildirib ki, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğı birbaşa dövlət siyasəti ilə bağlıdır. O, gənclərlə bağlı layihə və proqramların uğurla həyata kecirildiyini söyləyib və vurğulayıb ki, Gənclər Fondu bu istiqamətdə fəaliyyəti xüsusilə qeyd edilməlidir.
Konfransda iştirak edən Xəzər Təhsil Mərkəzinin direktoru R. Hüseyinov qeyd edərək bildirdi ki, Gənclərin vətənpərvərlik ruhunda Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət- ənələrinə, dövlət dilinə ,rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması mütamadi olaraq aşılanmalıdır.
Dəyirmi masa başa çatdıqdan sonra gənclərlə diskusiyalar aparıldı verilən müxtəlif suallar cavablandırıldı . Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər sözügedən layihənin vacibliyindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasın da , kütləvi bədən tərbiyəsi və idman vastəsi ilə geniş tədbiq edilməsinin vacibliyindən söhbət acıblar.
Tədbirin sonunda , GVB-n Gəncə şəhəri üzrə yerli şöbəsinin müdiri E. Axundov və Gəncə şəhər Xəzər Təhsil Mərkəzinin fəal gəncləri, könüllülər təşkilatçılıq fəaliyyətlərinə görə Təşəkkürnamə və fəxri diploma layiq görüldü. Hərbi vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylandı


GVB -n Gəncə şəhər şöbəsi
Baxışlar: 83 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016