Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 30 » Gəlin narkotikə yox deyək”, gələcəyimizi qoruyaq.
11:04
Gəlin narkotikə yox deyək”, gələcəyimizi qoruyaq.
Gəlin narkotikə yox deyək”, gələcəyimizi qoruyaq.


Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər Narkomaniya və QİÇS əleyhinə” devizi altında kütləvi idman tədbirlərin təşkili ”adlı layihə çərçivəsində DİN –n İdman Cəmiyyəti ilə birgə ”Uşaq cinayətkarlığına və narkomaniyaya ,QİÇS-İİV qarşı mübarizədə idman ictimaiyyətin rolu ” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
Tədbiri giriş sözü ilə acan DİN-n İdman Cəmiyyətinin sədr müavini E. Rüstəmov tədbir iştirakçılarını salamladı və bu yönlü layihələrə dəstək verən QHT Dövlət Şurasına və Gənc Vətənpərvərlər Birliyinin rəhbərliyinə öz təşəkkürünü bildirən E. Rüstəmov onu da qeyd etdi ki, narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə ümumtəhsil ,orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulur. Çıxış edən GVB-n sədri M. Əliyev bildirdi ki, aldığımız məlumata görə Ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır. Ölkədə 27910 nəfər narkoman rəsmi qeydiyyatdadır. Onların təhminən 6 min nəfər gənclər,21999 nəfəri dispanser, 5911 nəfəri profilaktik qeydiyyatda olan şəxslərdir. 567 nəfər isə anonim müalicə alır. Ötən il ərzində narkotiklərlə bağlı cinayət əməllərinə görə 2181 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 74 nəfəri xarici ölkə vətəndaşıdır. Bunlardan 44-ü İran İslam Respublikası, 13-ü Gürcüstan, 9-u Rusiya, 7-si Əfqanıstan, 1-i isə Slovakiya vətəndaşıdır bildirib. Gənclərin iştirak etdikləri tədbirdə qeyd olunub ki, müasir dövrdə cəmiyyəti narahat edən problemlər arasında ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu dəhşətli bəladan əziyyət çəkir. Təbii ki, bu inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı isə odur ki, yeniyetmə və gənclər arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmaqda davam edir.
Tədbirdə , 100 nəfər gənc iştirak edib. Onlara AİDS-QİÇS-İİV, alkoqolizm, narkomaniya, siqaret və s. kimi zərərli vərdişlərin yaradacağı fəsadlar barədə geniş məlumat verilmiş və yaranan psixoloji və fiziki asılılıq aspektləri izah edilmişdir. Konfrans başa çatdıqdan sonra diskusiyalar idman bölmələrində davam etdirildi. Konfransın sonunda, GVB-n DİN-n İdman Cəmiyyətində dayaq mərkəzinin sədri Elçin Xudaverdiyev təşkilatçılıq fəaliyyətinə görə fəxri diploma layiq görüldü. Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları paylandı. Tədbirdə GVB-n İdarə Heyəti, yerli şöbələri, İdman Federasiyalarının məşqçiləri, idmançılar iştirak ediblər

GVB –n KIV üzrə şöbə
Baxışlar: 495 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024