Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Aprel » 27 » Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
12:53
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” ” adlı layihə çərçivəsind Nəsimi rayon 8 saylı tam orta məktəbdə ” Geni dəyişdirilmiş Orqanizmlərin zərərli nəticələri haqqında və təbliğində yeniyetmə və gənclərin rolu”,milli-mənəvi dəyərlərimiz mövzularında elmi nəzəri praktik konfrans keçirilib.
Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi H.Səmədov, məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri ,GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 8 saylı tam orta məktəbin direktoru A.Baxşıyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib . Sonra o qeyd etdi ki, Gen mühəndisliyi genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir. Bu təcrübədə insan təbiətdən daha qabağa gedərək genləri yalnız eyni növlər daxilində deyil, həm də müxtəlif növlər arasında köçürməyi bacarmışdır.Gen köçürülmüş orqanizm genetik yeniləşdirilmiş və ya genetik modifikasiya olunmuş orqanizm – GMO adlanır. Sonra qeyd edən məktəb direktoru A.Baxışova bildirdi ki,GMO qida məhsullarla bağlı ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirləri gücləndirmək lazımdır. . Layihə rəhbəri M. Əliyev layihənin məqsəd və vəfələrindən danışdı.Sonra o,qeyd etdi ki, Indi dünyanın ən inkişaf etmiş ölkələrində (ABŞ, Kanada, Çin, Yaponiya və s.) ərzaq məhsullarının, meyvə və tərəvəzlərin 70%-dən çoxunun tərkibində transgen inqredentlər var. Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Könüllü təlimçi G.Fadarova qeyd edərək bildirdi ki, meyvə-tərəvəz alarkən diqqətli olmaq lazımdır: “Həddindən artıq böyük kartof, badımcan və digər kənd təsərrüfatı məhsulları, hamısı eyni ölçüdə olan, bir qəlibdən çıxmış kimi görünən meyvələr, həddindən artıq parıldayan almalar GMO məhsullarıdır. Sarı, qızılı rəngdə olan düyülər birmənalı şəkildə GMO-dur. Soya komponenti olan istənilən məhsul GMO-dur. Əgər pomidoru günlərlə saxlayırsınız, günün qabağına qoyursunuz, amma yenə də xarab olmur. Deməli, bu, GMO-dur. Bu baxımdan, istehlakçılar bazara girərkən diqqətli olmalıdırlar,
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Tədbirdə ,çıxış edənlər Direktorun təlim-tərbiyə işləri üzrə müavini S. Ibrahimli, Hərbi rəhbər H. Əliyev ,GVİB-n məktəblərlə iş şöbəsinin müdir müavini A.Hüseyinova və başqaları bu yönümlü layihələrin vacibliyindən söz acdılar. Tədbirdə ,məktəbin hərbi müəllimi H.Əliyev milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində və səmərəli əməkdaşlığına görə fəxri diplomlara layiq görürdü. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında maarifləndirici buklek paylanmışdır
Tədbirdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.
GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 20 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2017  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2017