Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » İyul » 6 » Füzuli rayonunun Alıxalı kəndində dinc mülki əhaliyə qarşı növbəti təxribat hadisəsi ilə bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin B Ə Y
09:43
Füzuli rayonunun Alıxalı kəndində dinc mülki əhaliyə qarşı növbəti təxribat hadisəsi ilə bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin B Ə Y
Füzuli rayonunun Alıxalı kəndində dinc mülki əhaliyə qarşı növbəti təxribat hadisəsi ilə bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin
B Ə Y Ə N A T I
Cari ilin iyul ayının 4-də axşam saatlarında erməni silahlı birləşmələri Azərbaycan Respublikasının Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutmaqla dinc mülki əhaliyə qarşı növbəti təxribat törədərək kənd əhalisinin əmlaklarını dağıtmış və ən dəhşətlisi isə 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetirilmiş, Quliyeva Sərvinaz İltifat qızı ağır yaralanmışdır. Təəssüflər olsun ki, bu münaqişə nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən birinci hal olmayan və sülhə ciddi təhdid olan bu cür faktlar beynəlxalq qurumlar və dünya birliyi tərəfindən qınaqla qarşılansa da, indiyədək işğalçıya qarşı ciddi təzyiq göstərilməməsi düşmənin davamlı azğınlığını daha da şiddətləndirir. Soruşan yoxdur ki, Azərbaycan torpaqları olan Qarabağda və son insident ərazisi olaraq Füzuli rayonunda erməni əsgərinin nə işi var?
Davamlı şəkildə insanlığa qarşı hərbi cinayətlər törədən, beynəlxalq qurumların sülh çağırışlarına əhəmiyyət verməyən Ermənistan siyasi rəhbərliyinə qarşı beynəlxalq güclər tərəfindən heç bir addım atılmaması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsi bir daha onu göstərir ki, Ermənistan nəinki region üçün , eləcə də dünyada sülh üçün təhlükədir. Sonuncu hadisə Ermənistanın beynəlxalq hüquqa və humanizmə meydan oxuyan siyasi hakimiyyətinin terrorçu mahiyyətinin daha bir göstəricisidir.
Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq münaqişənin nizamlanması məqsədilə sülh danışıqlarını təşkil edən ATƏT-in Minsk qrupunun hərəkətsizliyini və ikili standartlar nümayiş etdirməsini erməni tərəfinin bu cür təxribatlarının davaml hal almasına gətirib çıxaran əsas səbəb kimi qiymətləndiririk. Biz dünya ictimayiyyətini, beynəlxalq qurumları Ermənistanın regionda sülhə təhdid olan davamlı hərəkətlərinə qarşı insani mövqe nümayiş etdirməyə, bu cür insidentləri törədən Ermənistanın cinayətkar siyasi rəhbərliyini lənətləməyə çağırırıq. Əks halda adekvat olaraq Azərbaycan əsgəri təmas xəttində mülki əhalini qorumaq məqsədilə işğal altında olan torpaqlarımızdakı təcavüzkar erməni silahlı qüvvələrinə qarşı layiqli cavab verəcəkdir.
Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq bəyan edirik ki, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması nəticəsində ərazilərimizin işğal altında saxlanılmasını, dinc mülki əhalimizə qarşı terror əməllərinin davam etdirilməsini işğalçı dövlətə güzəştə getməyəcəyik.
Gənc Vətənpərvərlər İctimai Birliyi olaraq Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində addımlarını dəstəkləyirik və bu istiqamətdə dövlətimizin səylərinin nəticə verməyəcəyinə əminliyimizin bitdiyi məqamda Ali Baş Komandanımızın əmri ilə son qarış torpağımızın işğaldan azad edilməsi yolunda qüdrətli ordumuzla bərabər müqəddəs savaşda olacağımızı bir daha bəyan edirik!
Baxışlar: 365 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2017  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024