Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Dekabr » 7 » Fondun dəstəklədiyi layihə çərçivəsində tədbir keçirilib.
13:36
Fondun dəstəklədiyi layihə çərçivəsində tədbir keçirilib.
Fondun dəstəklədiyi layihə çərçivəsində tədbir keçirilib.

Gənc Vətənpərvərlər Birliyi (GV cool Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə“ Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması” adlı layihə çərçivəsində Səbail rayon M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Elmdə geri qaldığımızdan genləşdirmə prosesinə normal dəyər verə bilmirik” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə keçirilmiş tədbirdə rayon ictimaiyyət nümayəndələri, QHT-lərin, KİV-in və GVB-nin fəxri üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova bildirdi ki, GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura biləcəyini diqqətə çatdırdı . Layihə rəhbəri M .Əliyev bildirdi ki,Gen mühəndisliyi təbiətdə bioloji müxtəlifliyin rəngarəngliyindən istifadə etməklə, genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir.Gen mühəndisliyi yolu ilə alınan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa malik olmaqla yanaşı, həm də quraqlığa, soyuğa, duza, pestisidlərə davamlıdır. Onların tərkibində bioloji məhsulların istənilən çeşiddə olmasını təmin etmək olur və eləcə də onları bu və ya digər fermentlərin istehsalçısına çevirmək mümkündür.
Layihə üzrə təlimçi Q.Ağalarova bildirdi ki,Geni dəyişdirilmiş bitkilər torpaq içində olan təbii canlı həyata zərər verər, ömrünə son qoyar. GDO-lu məhsullar qida kimi kifayət qədər faydalı və kalorili olmaya bilər ya da həzmi çətin olar. Belə orqanizmlərin toksik, allergik, teratogenik (ana bətnində məruz qalan körpədə görülən struktur anomaliyaları) zərərləri ola bilər.
Direktorun təlim-tərbiyə işləri üzrə müavini E. İbrahimova bu kimi layihələrin keçirilməsinin vacibliyini bildirib və əlavə edib ki, məktəblərdə Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı gənclərin maarifləndirilməsi və tətbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.
Tədbirdə çıxış edənlərər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun məsləhətçisi J.Məmmədova, AMEA –n Tarix muzeyinin elmi işçisi P.Əzimova , GVB-nin fəxri üzvü A.Əsədov ,internet-ekspress qəzetinin təsisçisi V.Əlibəyli,,rayon ictimaiyyət nümayəndəsi H.Əlizadə digərləri çıxış edərək bildiriblər ki, İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır.Bu sahədə mütamadi olaraq əhali arasında maarifləndirməni güçləndirmək lazımdır. Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda sinif otaqlarında açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər.
Tədbirdə ,məktəbin direktoru K. Hüseyinova və direktorun təlim-tərbiyə işləri üzrə müavini E. İbrahimova milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində və səmərəli əməkdaşlığına görə fəxri diplomlara layiq görürdülər. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında yuxarı sinif şagirdlərə,qonaqlara maarifləndirici buklek paylanmışdır. Layihə iştirakçıları əsasən 16 yaşlar arası olan gənclərdən ibarət olub. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.

.
GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 402 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2016  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024