Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » May » 2 » Ey yüksələn yeni nəsil ,gələcək sizindir
13:15
Ey yüksələn yeni nəsil ,gələcək sizindir
Ey yüksələn yeni nəsil ,gələcək sizindir

Gənc Vətənpərvərlər Ictimai Birliyi (GVIB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə " Fiziki hazırlıq vastəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər ” adlı layihə çərçivəsində Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məkbəbdə “Ey yüksələn yeni nəsil ,gələcək sizindir, Onu yüksəldəcək və davam edirəcək sizlərsiniz” mövzusunda elmi praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan 8 saylı tam orta məktəbin direktoru A.Baxşıyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib.
Sonra o qeyd etdi ki yeniyetmə və gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılmasının zəruriliyini və orta təhsil müəsssisələrində dövlət bayrağın müqədəsliyindən və dəyərləri haqqında daim aşılanmasını vacib saydı. Layihə üzrə koordinator N.Qacayev icra olunan layihənin məqsədindən və layihə çərçivəsində responetlər arasında keçirilən sosioloji sorğuların nəticələri haqqında məlumat verdi. GVIB sədri M.Əliyev qeyd etdi ki, Bu gün bayraq, bütün dünya dövlətlərinin sahib olduğu dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən gəlir deyən P.Əzimova onuda bildirdi ki, 2010- cu ildən prezidentin sərəncamı ilə hər il 9 noyabr Dövlət bayrağının yaranma gününü qeyd olunur.Respublika prezidentinin təşəbüsü ilə ucaldılan ən hündür bayraq Azərbaycandadır və bu misilsizdir bizlər o bayrağdan qürur his etməli və onu daimi qorumalıyıq GVB-n fəxri üzvü , hüquq elmlər namizədi B. Nazıyev çıxış edərək tarixi əsaslarla , Atabəylər Qaraqoyunlar.Ağqoyunlar Səfərirlər Dövlətinn bayraq rəmzlərindən ,atributlarından söhbət acdı. O qeyd etdi ki, Azərbaycanın , üc rəngli ay ulduzlu səkizkuşəli bayraq 1918 - ci il noyabr ayının 9 da Azərbaycan Xalq Cümihuliyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir.1991-ci il fevral ayının 5 –də Azərbaycan Respublikasə Ali soveti Naxcıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir. Onu da qeyd edən B.Nazıyev bildirdi ki, bütün bu səy və xidmətlər Ulu öndərimiz tərəfindən həyata keçirilmişdir. GVİB-n eksperti Q.Ağalarova tədbir iştirakçılarına əsasən yeniyetmə və gənclərə bayrağımızın rəmzlərini bilməklərini tövsiyə etdi .
Tədbirdə ,çıxış edənlər Direktorun təlim-tərbiyə işləri üzrə müavini S. Əliyeva, Hərbi rəhbər H. Əliyev ,GVİB-n məktəblərlə iş şöbəsinin müdir müavini A.Hüseyinova və başqaları bu yönümlü layihələrin vacibliyindən
Tədbirdə ictimayətinin nümayəndələri ,birliyin üzvləri və QHT-n nümayəndələri iştirak edirdilər. Konfrans başa catdıqdan sonra sinif otaqlarında diskusiya şəkilində davam etdirildi.
Tədbirin sonunda gənclərə rəngli buklet və bayraq paylandı

GVB-nin Mətubat və informasiya şöbəsi
Baxışlar: 368 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2017  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024