Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 28 » Dövlət və dövlətciliyin ,vətənpərvərliyin eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olu
14:30
Dövlət və dövlətciliyin ,vətənpərvərliyin eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olu
Dövlət və dövlətciliyin ,vətənpərvərliyin eyni zamanda milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunmasında marifləndirilməsində QHT fəal olmalıdırlar .- “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan çıxmış bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”-bu müdrik sözlər, dəyərli fikirlər ulu öndər Heydər Əliyev tərəfindən deyilib.
Tarix sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafeyin müdafiə edilməsi, milliyyətindən asılı olmayaraq hər bir vətəndaşın haqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, milli azlıqların və etnik qrupların dilinin, mədəniyyətinin, adət-ənənələrinin inkişafına şərait yaradılması, idarəedici orqanlarda onların düzgün təmsil olunması və s. amillər mühüm yer tutur.
Müasir dünyada qloballaşma proseslərinin nəticəsi kimi ortaya çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması məsələsini çağdaş zamanın aktual məsələlərindən birinə çevirib. Hər bir Azərbaycan vətəndaşı mədəniyyətimizin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən milli və dini dəyərlərin qorunmasını da vacib məsələ kimi önə çəkməlidir.
Xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi hər bir ziyalının məqsədi olmalıdır. Bu isə millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində son dərəcə həlledici amildir.
Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan verməkdədir. Gənclərə zəngin mənəvi duyğulu vətənpərvər kimi yetişmələrində Mübariz İbrahimov kimi qəhrəmanlarımızın mətinliyi, qorxmazlığı, ölməzliyi nümunə göstərilməlidir.
- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr keçiribsiniz?
- QHT-nin yarandığı dövrdən hazırkı zamana qədər bu mövzuda bir çox lahiyələr həyata keçirmişik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Gənclər arasında İnsan alveri və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi“ layihəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə “Vətənpərvərliyin və dövlətciliyin təbliğinə dəstək”” və hazırda həyata keçirdiyimiz və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən “V’ətən bizim and yerimiz”yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, və dövlətciliyin təbliğinə dəstək” lahiyəsidir.
- Sizin fikrinizcə, hazırda bu istiqamətdə hansı işlər görülməlidir?
- Bu gün Azərbaycan QHT-lərinin də əsas amalı, ideyası Vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etmək olmalıdır. Bu baxımdan ölkə QHT-lərinin qarşısında bir sıra mühüm vəzifələr durur. İlk öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə layihə və fəaliyyətləri gücləndirmək, daha da təkimilləşdirmək lazımdır. Qeyd etməliyik ki, bəzi QHT-lər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrində olan mədəniyyət ocaqlarına gənclərin səfərlərinin təşkili, araşdırmaların aparılması, region gəncləri arasında adət-ənənələrimizin təbliği, milli kinolarımızın nümayiş etdirilməsi, regiondakı teatrların inkişafı, bölgə gənclərinin paytaxtdakı muzeylərə səfərlərinin təşkili və s. istiqamətlərdə layihələr icra etməkdədirlər.
- Bu tip işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
- Bu gün QHT-lərin beynəlxalq və yerli əməkdaşlığı çox aktualdır. Bizim də əsas məqsədlərimizdən biri bu tip əməkdaşlıqları genişləndirmək və inkişaf etdirməkdir. Bu əməkdaşlıqlar beynəlxalq təcrübənin Azərbaycana gətirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Yerli QHT-lər öz potensiallarının artırılması üçün bu kimi resurslardan lazımi səviyyədə istifadə etməlidir.
- Gənc nəslin bu sahəyə marağı necədir?
- QHT-lər gənclər arasında hərbi vətənpərvərlik hisslərinin aşılanmasında Milli qəhrəmanlarımızla bağlı layihələrə də yer ayırmağı unutmamalıdırlar. Belə ki, milli qəhrəmanlarımızla bağlı layihələrin icrası və onların təbliği də vətəndaşlarımızın, xüsusən də yetişməkdə olan gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması ilə məşğul olmaq, onu təbliğ etmək imkanında olan QHT-lər işlərini praktik qurmalıdır. Və onlar bu istiqamətdəki fəaliyyətlərində mövcud imkanlardan maksimum yararlanmalıdırlar. Hər bir gəncin mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında milli-mənəvi dəyərlər mühüm rol oynamalıdır.
- Milli-mənəvi dəyərlərin qorunması üçün nələr edilməlidir?
- Fikrimcə, günümüzdə dövlətlə bərabər, QHT-lərin də işinin əsas qayəsi vətəndaşlar arasında mədəni və milli-mənəvi dəyərlərin yayılmasına kömək etmək olmalıdır. Təəssüf hissi ilə deməliyik ki, mili-mənəvi, mədəni dəyərlərin təbliğində QHT-lərin də işlərində bir sıra nöqsanlar və çatışmazlıqlar mövcuddur. Bəzən bir sıra QHT-lər tərəfindən mədəni, milli-mənəvi dəyərlərin təbliğinə, demək olar ki, heç bir əhəmiyyət verilmir. Azərbaycan mədəniyyətinin təbliği, mədəni inkişaf siyasəti təkcə dövlətlə məhdudlaşmır, bu siyasətin həyata keçirilməsində vətəndaş cəmiyyətinin əsas strukturlarından olan QHT-lərin də üzərinə böyük məsuliyyət düşür. Bu gün vətəndaşlarımızın milli ruhda tərbiyəsi, dövlətlə bərabər, QHT-lərin də prioritet istiqamətlərindən biri olmalıdır. Bir şeyi də qeyd etmək lazımdır ki, QHT-lərin inkişafı barədə dövlət başçısı tərəfindən 2007-ci ildə imzalanan konsepsiyada milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətənpərvərlik hisslərinin vətəndaşlara aşılanması kimi məsələlər də öz əksini tapıb. Xalqımızın zəngin mədəniyyəti və tarixi var. Vətəndaş cəmiyyətinin aparıcı institutu kimi QHT-lər heç zaman unutmamalıdırlar ki, bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir.
- Perspektivdə hansı layihələr gözlənilir?
- Gənclər və İdman Nazirliyi ,AZ.Respublikasə yanında QHT Dövlət Dəstəyi Şurası və Gənclər Fondu tərəfindən gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü il üçün elan olunacaq müsabiqədə iştirak üçün müxtəlif mövzularda layihələr təqdim edəcəyik.
GVB-n Sədri Müqamət Süleyman oğlu Əliyev
Baxışlar: 831 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024