Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Oktyabr » 16 » Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib
13:11
Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib
Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ Gənclər Narkomaniya və QİÇS əleyhinə”” devizi altında kütləvi idman tədbirlərin təşkili” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 24-ci ildönümünə həsr olunmuş BMM-ə “Azərbaycanın dövlət Müstəqilliyi bizim tarixi nailiyyətlərimizdir, ”Gənclər sağlam həyat tərzi seçir” Narkomaniya və pis vərdişlərə qarşı mübarizədə idmanın rolu ” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib. Konfransı giriş sözü ilə acan Layihə üzrə köməkçi A. Talıbova öncə Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdikdən sonra layihənin mahiyyətindən və layihə çərçivəsində könüllülər tərəfindən keçirilən respondentlər arasında sorğuların nəticələrini qeyd etdi. O bildirdi ki, sorğunun 80 faizi kişi, 20 faizi qadınlar olmmuş, yaş həddi 14-25 yaş arasında 58 faiz, 16-18 yaş arasında 52 faiz, 25-30 yaş arasında 15 faiz, 30-35 yaş arasında 18 faiz yaş arasında təşkil edilmişdir, Nəticələr göstərmişdir ki,16,1 faiz respondent AİDS qarşı,35 faiz pis vərdişlərə,tütün və siqaret əleyhinə fikir bildirmişlər. Respublikanın narkomaniyanın təbliğatına 55 faiz responetlər təbliğata ehtiyac var cavablandırıblar. . GVB-n sədri M. Əliyev qeyd edərək bildirdi ki, Azərbaycanın dövlət müstəqiliyi bizim tarixi nailiyyətimizdir,ən qiymətli sərvətimizdir. Ümummilli liderimiz H.Əliyevin sözləri ilə desək,”Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyimizi qorumaqdan,əbədi etməkdən ibarətdir”Çünki müstəqiliyin əldə olunması nə qədər çətindirsə onu qoruyub saxlamaq dönməz və əbədi etmək bundanda çətindir deyən M.Əliyev onuda qeyd etdi ki, dünyanın görkəmli siyasətçiləri sırasında qəbul olunan Prezident İlham Əliyev müstəqilliyimizin sükanı arxasında inamla qətiyyətlə dayanıb. Həkim ekspert N.Həsənov çıxış edərək belə mühüm və lazımi layihəniin mahiyyətindən,onun vacibliyindən söhbət acdı. O qeyd edib ki, Azərbaycanda QİÇS- HIV infeksiyası ilk dəfə 1987 ci ildə aşkar edilmişdir. Hal–hazırda Respublika QİÇS-lə Mübarizə mərkəzində 2144 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 82 nəfəri əcnəbi, 2062 nəfəri isə Azərbaycan vətəndaşıdır. Azərbaycanda ilk dəfə olaraq 08.11.2006-cı il tarixdən etibarən HIV-ə yoluxmuş insanlar Səhiyyə Nazirliyi tərəfindən pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə mərkəzində antiretrovirus preparatları ilə müalicəyə cəlb olunub. Bu müalicədə 287 nəfər iştirak edir. Respublikada QİÇS problemi ilə əlaqədar ictimai və beynəlxalq təşkilatlarla əməkdaşliq davam etdirdiyini bildirdi. AMKF-n Sumqayıt şəhəri üzrə şöbənin sədri dünya və avropa cempionu əməkdar məşqiçi, R.Məmmədov çıxış edərək qeyd edib ki, bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşər bir problemə çevirilib. Bu sahədə narkomaniyadan və pis vərdişdən uzaq olmaq məqsədilə ali təhsil müəssisələrində, idman cəmiyyətlərində və ictimai yerlərdə maarifləndirmə işlərinin aparılmasını vacibdirb. M.Məmmədov onu da qeyd etdi ki, bu layihəyə dəstək olan QHT Dövlət Dəstəyi Şurasına və bu layihəni uğurla icra edən GVB-ə Sumqayıt şəhər İdman İctimaiyyətinin adından öz təşəkkürünü bildirdi . Tədbirdə çıxış edənlər layihənin vacibliyindən , gənclər arasında narkomaniyaya, içki adətçiliynə, siqaret cəkməyə və pis vərdişlərdən çəkindirmək üçün ilk növbədə onların arasında maarifləndirmə işlərin gücləndirilməsindən və Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qaydışından və onun sayəsində müstəqillik, azərbasycancılıq, dövlətçilik, ədalətlilik, demokratiya,milli tərəqqi,dünyəvilik kimi ümumbəşəri dəyərlərindən söhbət acdılar. Konfrans başa çatdıqdan sonra gənclərlə diskusiyalar aparıldı verilən müxtəlif suallar cavablandırıldı . Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının Katibliyin proqram məsləhətçisi M.Zaidov , YAP Xətai rayon təşkilatının İdarə heyətin üzvü N.Muğanlı, Milli Azərbaycan Tarixi muzeyi elmi işçisi P.Əzimova,GİN –n RYİU məktəbin səhiyyə şöbəsinin müdiri Ə.Abasquliyev, BDU, AKU,ADBTİA tələbələri, layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər , QHT və KİV-n nümayəndələri iştirak edirdilər. Konfrans başa catdıqdan sonra İdman tədbirləri AMKF-n Dostluq əlbəyaxa döyüş növləri üzrə İB və DİN-n İC ilə birgə Sumqayıt şəhər “TEYD”İdman Sağlamlıq Kompleksində ”Narkotiklərdən əl cəkək “ gələcəyimizi qoruyaq”devizi altında yüngül atiletka üzrə qısa və orta məsafəli qaçış və karate-do üzrə idman yarışına start verildi. Tədbirdə Sumqayıt şəhərinin idman ictimaiyyətinin nümayəndələri, İdman veteranları, Böyük Müharibə Veteranlarının nümayəndələri, Federasiya məşqçiləri və QHT nümayəndələri iştirak ediblər. Yarışın sonunda Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının Katibliyin proqram məsləhətçisi M.Zaidov Akif Kərimov, qarabağ müharibə veteran E.Əhmədov,Azərbaycan Pankration Grappinq Fedrasiyası MMA-n məşqiçisi A.Hümbətov və digərləri gənc nəslin sağlam, vətənpərvər ruhunda yetişdirilməsində və fəal təşkilatçılıqlarına görə AMKF –n və GVB tərəfindən fəxri fərmanlarla təltif olunublar. Sonra yarış iştirakçılarına və yarış qaliblərinə mükafat, QİÇS-ə bağlı gənclərə maarifləndirici bukletlər Heydər Əliyevin şəkili olan döş nişanı və informasiya matrialları paylanılıb . Layihə iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. İdmantədbirləri 18 oktyabr tarixinə kimi davam etdiriləcək GVB -n KİV iş şöbəsi
Baxışlar: 513 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024