Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Aprel » 14 » Çalışaq, sağlam olaq mövzusunda tədbir keçirilib
14:25
Çalışaq, sağlam olaq mövzusunda tədbir keçirilib
Çalışaq, sağlam olaq mövzusunda tədbir keçirilib

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” ” adlı layihə çərçivəsində “Önəmli olan, məhsulun tərkibi və bizim sağlamlığımızdır,“Çalışaq, sağlam olaq mövzusunda Nəsimi rayon 111 saylı tam orta məktəbdə elmi nəzəri praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib .Sonra o qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var .
Layihənin rəhbəri M.Əliyev çıxış edərək bildirdi ki, GMO məhsullarının istehsalı fasiləsiz olaraq artır. Çox zaman həmin məhsulların üzərində onları təbii qidalardan fərqləndirən etiketlərin olmaması GMO istehlakının reallıqda daha yüksək olduğunu deməyə əsas verir.GMO istehlakının reallıqda daha yüksək olduğunu deməyə əsas verir. “Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq” Könüllü təlimçi Q. Ağalarova qeyd edərək bildirdi ki, İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır. Geni dəyişdirilən bu cür meyvə-tərəvəzin fəsadlarının olduğu heç kimə sirr deyil. Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında da belə GMO qidalarının sağlamlıq üçün risk potensialının yüksək olduğu açıq-aydın bildirilir. Belə ki, geni modifikasiyaya uğrayan qidaların başqa allergik xəstəliklər olmaqla, orqan çatışmazlığı, immun zəifliyi, hətta bəzən xərçəngə belə yol aça biləcəyi istisna olunmur.
Tədbirdə ,çıxış edənlər məktəbin tərbiyə işlər üzrə direktor müavini İsayeva N, məktəbin biologiya müəlliməsi R.İbrahimova ,AMEA-n Tarix muzeyinin elmi işçisi P.Əzimova ,layihə üzrə təşkilat komitəsinin üzvü həkim bioloq A.Hüseyinli , Internet-ekspress qəzetin Baş redaktoru V. Əlibəyli və başqaları bu yönümlü layihələrin vacibliyindən söz acdılar. Tədbirdə məktəbin ədəbiyyat müəlliməsi K.Məmmədova milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində və səmərəli əməkdaşlığına görə fəxri diplomlara layiq görürdülər
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında yuxarı sinif şagirdlərə,qonaqlara maarifləndirici buklek paylanmışdır. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.
Tədbirdə,məktəbin pedoqoji kollektivi rayon ictiamaiyyət nümayəndələri,Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi H.Səmədov,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Sonda tədbir mövzu ilə bağlı diskusiya şəkilində davam etdirilib. Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub.

GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 31 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2017  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2017