Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » May » 12 » Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbin şagirdləri Narkotikə yox deyir
09:37
Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbin şagirdləri Narkotikə yox deyir
Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbin şagirdləri Narkotikə yox deyir

Gənc Vətənpərvərlər Birliyi (GVB) Bakı şəhər Nəsimi rayon 8 saylı tam orta məktəbdə “Narkomaniya problemi ümumbəşəri problemdir” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Gənc Vətənpərvərlər Birliyi (GVB) tərəfindən “”Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı” devizi ilə tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilib.

Tədbirdə GVB-n İdarə heyəti və QHT nümayəndələri iştirak ediblər Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun yad edilməsindən sonra tədbiri giriş sözü ilə açan GVB-nin sədri, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev tədbir iştirakçılarını salamlayıb.
M.Əliyev qeyd edərək bildirdi ki, Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır Layihə üzrə təşkilat komitəsinin üzvü N.Quluyev bildirib ki, hal- hazırda Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsində 210 milyon narkoman qeydə alınıb. Bu da 7 milyardlıq Yer kürəsinin əhalisinin 3 faizi deməkdir. M. Əliyev onu da qeyd edib ki, hazırda ölkədə 26 min 855 nəfər qeydiyyatda olan narkotika istifadəçisi var. QHT sədri fikirlərini “Gəlin narkotiklərə yox deyək, gələcəyimizi qoruyaq!” sözləri ilə bitirib.

Məktəbin direktoru A. Baxşıyeva bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini S. İbrahimli qeyd edərək bildirib ki, milli-mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemə dövlət səviyyəsində mübarizə aparılır. Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün maarifləndirmə tədbirlərin keçirilməsinə ehtiyac var .
Tədbirin sonunda Narkomaniya və QİÇS-ə bağlı vidio carh nümayiş etdirildi. Sonda maarifləndirici bukletlər tədbir iştirakçılarına paylandı. Tədbir diskusiya şəkilində davam etdirildi verilən suallar cavablandırıldı

Tədbirdə ictimaiyyət nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər
Baxışlar: 398 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2016  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024