Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » May » 25 » Bakı şəhər 19 saylı məktəbdə tədbir keçirilib
15:16
Bakı şəhər 19 saylı məktəbdə tədbir keçirilib
Bakı şəhər 19 saylı məktəbdə tədbir keçirilib

Gənc Vətənpərvərlər Ictimai Birliyi (GVİB)Azərbaycan Respublikası Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə “İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə çərçivəsində Nəsimi rayon 19 nömrəli tam orta məktəbdə Respublika gününə həsr olunmuş “Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir” “GMO orqaizmli məhsulların yaranma səbəbləri “ və GMO nədir ” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.

Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və aprel döyüşlərində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Direktorun təlim-tərbiyə işləri üzrə müavini K.Piriyeva bildirib ki, xalqımızın müstəqillik arzusunu Ulu öndər Heydər Əliyev gerçəkləşdirib. 1990-cı il noyabr ayının 17 –də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəliş prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub. Məktəblərdə Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı gənclərin maarifləndirilməsi və tətbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır. Layihə rəhbəri M .Əliyev bildirdi ki, GMO qida sahəsində dünyanın üzləşdiyi ən böyük problemlərdəndir desək, yanılmarıq. Onu, hətta ərzaq terrorizmi də adlandırırlar.
Layihə üzrə könüllü təlimçi A.Hüseyinova bildirdi ki, GDO-lu məhsullar qida kimi kifayət qədər faydalı və kalorili olmaya bilər ya da həzmi çətin olar. Belə orqanizmlərin toksik, allergik, teratogenik (ana bətnində məruz qalan körpədə görülən struktur anomaliyaları) zərərləri ola bilər. GVİB-nin ekoloji məsələlər üzrə sədrin müşaviri Q.Ağalarova bildirdi ki, məktəblərdə Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı gənclərin maarifləndirilməsi və tətbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.
Tədbirdə çıxış edənlər,Uşaq birliyi rəhbəri M.Aslanova ,hərbi müəllim Z.Əzimov,biologiya müəlliməsi U.Məmmədova və digərləri çıxış edərək bildiriblər ki, Geni dəyişdirilmiş Orqanizmlərin zərərli nəticələri haqqında və zərərli vərdişlərin təsirinə düşmək istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var. Tədbirdə ,19 saylı tam orta məktəbə milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində və səmərəli əməkdaşlığına görə fəxri diplomlara layiq görürdü.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında maarifləndirici buklek paylanmışdır. Tədbirdə 150 nəfər gənc iştirak edib. Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda sinif otaqlarında açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.
Tədbirdə,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

GVİB KİV iş şöbəsi
Baxışlar: 410 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2017  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024