Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Noyabr » 28 » Azərbaycanda yaşlı insanlara və xəstə şəxslərə (əmək və fiziki qabiliyyəti olmayanlara və ya da məhdud olanlara) "məişət xidmətləri mərkəzlə
14:09
Azərbaycanda yaşlı insanlara və xəstə şəxslərə (əmək və fiziki qabiliyyəti olmayanlara və ya da məhdud olanlara) "məişət xidmətləri mərkəzlə
Azərbaycanda yaşlı insanlara və xəstə şəxslərə (əmək və fiziki qabiliyyəti olmayanlara və ya da məhdud olanlara) "məişət xidmətləri mərkəzləri"nin yaradılması və əhəmiyyəti
Azərbaycanda son illərdə baş verən iqtisadi inkişaf, sosial tərəqqi cərəyanları tədricən sosial vəziyyətlərin yaxşılaşdırılmasına istiqamətlənməkdədir. İstehsal və ticarət sahələrinin artması və yeni istehsal sahələrinin artması və yeni istehsal sahələrinin və ticarətin genişlənməyə doğru getməsi və yeni vasitələrin, yeni resursların meydana gəlməsi sosial və məişət tələbatlarını və ehtiyaclarını artırmaqdadır. Yeni vasitələr (resurslar) yeni şəraitləri meydana gətirir. İqtisadi inkişafdan meydana gələn əlavə və yeni məzmun və formalı vasitələrin üzə çıxması həmin resursların yeni əsaslarla istiqamətləndirilməsini şərtləndirməkdədir. Bununla bərabər, iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması, digər tərəfdən də yeni tələblərə uyğun olaraq meydana gələn həyat tərzi həm də insanları bir çox problemlərlə üzləşdirməkdədir. Resursların idarə olunması və istiqamətləndirilməsi yeni imkanları ortaya çıxarmaqla bərabər, yeni tələbatları da formalaşdırmaqdadır. İnsanların məişət və sosial sahələrinin özləri də idarəetmə obyektinə çevrilməkdədir və həyat get-gedə bunu tələb etməkdədir. İnsanların məişət və sosial həyatları da idarəetməyə (həm də liberal əsaslarla, azad prinsiplərlə) cəlb olunmaqdadır. İnsanlar bir tərəfdən əməyə meyil göstərirlər, rahat iş yerləri, yüngül iş şəraitləri axtarırlar, digər tərəfdən də həyat vərdişlərinin, sosial tələbatlarının ödənilməsinin sadələşdirilməsinə çalışırlar. Əlavə yolların axtarılması ilə məşğul olurlar. İqtisadi inkişaf, yeni şərait insanlardan yeni qaydalarla yaşamağı və daha da asan şəkildə, sadə qaydada həyat sürməyi tələb edir. İqtisadi inkişafın sürətlə baş verdiyi zamanda meydana gələn yeni tələblər, ehtiyac və meyarlar gənclərin və orta təbəqənin üzərində bğyük məsuliyyəti meydaa gətirir. Böyük məsuliyyət isə daha çox əmək sərf etmək zərurətini ortaya çıxarır. Gənclərin və orta təbəqənin üzərinə düşən böyük məsuliyyət onların vaxtlarının çox hissəsinin işgüzarlığa və digər əmək sahələrinə sərf etməyə yönəltməyə cəlb edir. Gənclər və orta təbəqənin nümayəndələri enerjili tərəflər hesab olunurlar və bu baxımdan da inkişaf məsuliyyəti daha çox onların üzərlərinə düşür. Onlar əməyə və istirahətə daha çox vaxt ayırmağa çalışırlar. Bu nöqteyi-nəzərdən də cəmiyyətin yaşlı insanları onların bir qədər qayğılarından kənarda qala bilmək məcburiyyəti ilə üzləşirlər. Yaşlı insanların isə daha çox istirahətə, müalicəyə, diqqət və qayğıya ehtiyacları olur. Yaşlı insanlar da uşaqlar kimi sosial və məişət qayğısının tələb olunduğu təbəqənin nümayəndələri hesab olunurlar. Orta və gənc nəslin enerji sərf etmək zərurətləri, sosial və iqtisadi həyatın inkişaf tendensiyaları onu tələb edir ki, yaşlı insanlar və xəstələnmiş şəxslər üçün Bakıda və digər böyük şəhərlərdə məişət və sosial xidmət mərkəzləri yaradılsın. Gənclər və orta təbəqənin nümayəndələri yaşlı insanlara xidmət üçün iş yerləri əldə etsinlər. Onu da nəzərə almaq lazımdır ki, cəmiyyətdə tədricən yeni xidmət sahələri yaranmaqdadır. Məsələn, son illərdə toy, nişan və digər ziyafət məclislərinin, yas mərasimlərinin təşkili xidmətləri, avtomobillərin yuyulub-təmizlənməsi xidmətləri, sürücülük xidmətləri, kilim, palaz və xalçaların yuyulub-təmizlənməsi xidmətləri, evlərə və ofislərə sifarişlər əsasında yeməkxanalardn yeməklərin çatdırılması xidmətləri, poçt-kuryer xidmətləri sahələri meydana gəlmişdir. Bununla yanaşı, yas mərasimlərinin təşkili xidmətləri, geyim əşyalarının yuyulub-təmizlənməsi xidmətləri də təkmilləşmiş və genişləndirilmişdir. 2013-cü ildən başlayaraq isə dövlət tərəfindən vətəndaşlara xidmət üçün "Asan xidmət" mərkəzi yaradılmışdır. Həmin mərkəz insanlara dövlət orqanlarından sənədlərin alınmasını yaxşılaşdırmaq, sürətləndirmək məqsədilə təşkil edilmişdir. Bu xidmət də "vahid pəncərə" üsulunun tətbiqinə gətirib çıxarır. Bununla yanaşı, bir çox səhiyyə xidmətləri də meydana gəlmişdir. Özəl diaqnostika mərkəzlərinin və özəl xəstəxanaların yaradılması, müalicə-profilaktika mərkəzlərinin açılması da yeni xidmət sahələrinin işə başlaması yeni xidmət qruplarının yaranmasını zəruri etməkdədir. Məsələn, belə hesab etmək olar ki, xəstə şəxslərin, müstəqil şəkildə xəstəxanalara və müalicə-diaqnostika mərkəzlərinə gəlib-gedə bilməyən insanlara gəlib-getməkdə yardım etmək xidmətləri təşkil olunmalıdır. Ümumiyyətlə isə hesabetmək olar ki, inkişaf tələblərinə müvafiq olaraq tədricən cəmiyyətdə əlavə xidmətlərin yaradılması prosesləri də daha da genişlənəcəkdir. Yaşlı insanlara, həmçinin əmək və fiziki qabiliyyətini itirmiş insanlara məişət xidmətləri mərkəzlərinin yaradılmasının çox böyük əhəmiyyəti ola bilər. Mərkəzlərin fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət ola bilər: -tənha yaşayan yaşlı insanlara-qocalara (xüsusilə onlarla bir mənzildə və ya da evdə yaşayan evladları olmayanlara) və evdə xəstə yatan insanlara, qulluğa böyük ehtiyacı olan şəxslərə, əmək qabiliyyətini itirmiş insanlara ümumi və çoxtərəfli məişət xidmətlərinin göstərilməsi, bu baxımdan, -həmin şəxslərin yaşayış evlərinin və ya mənzillərinin təmizlənməsi; -geyimlərinin təmizlənməsi, yuyulması, ütülənməsi; -yeməklərinin bişirilməsi; -təqaüdlərinin alınması və bazarlıq xidmətləri; -lazımi dərman preparatlarının alınması xidmətləri; -həkimə müraciətlərdə kömək göstərilməsi; -açıq havada gəzmələrinə kömək; -bir məkandan başqa məkana aparılmasına kömək; -bir mənzildən başqa bir mənzilə müvəqqəti və daimi köçərək yaşamaq üçün kömək göstərilməsi; -sosial ödənişlərin həyata keçirilməsi xidmətləri; -ev üçün müvafiq bazarlıqların edilməsi xidmətləri və s. Əhəmiyyəti: -yaşlı insanlara və xəstə şəxslərə qayğının artması; -yaşlı insanlarla onların evladları və digər yaxın qohumları arasında məişət xidmətlərinə görə münasibətlərinin korlanmaması, sərbəst münasibətlər əsasında yeni qohumluq münasibətlərinin formalaşması; -yaşlı insanların və xəstə şəxslərin cəmiyyətdə və məişətdə hörmətlərinin artması və digər təbəqələr arasında hörmətlərinin saxlanılması; -yaşlı insanlar və xəstə şəxslər üçün həyat şəraitinin yaxşılaşdırılması, yüngülləşdirilməsi; -gənclərin və orta yaşlı təbəqənin vaxtlarına qənaət edilməsi; -yaşlı insanlara ümumi cəmiyyət qayğısının artması və s. Bu kimi xidmətlər şəxslərin sifarişləri, müraciətləri ilə mərkəzlər (özəl xidmət mərkəzləri-qeyri-dövlət xidmət mərkəzləri) tərəfindən yerinə yetirilə bilər. Həmin xidmətin yaradılması əsasən yaşlı insanların və xəstə şəxslərin həyatlarının sığortalanmaları və sığorta məbləğləri hesabına da həyata keçirilə bilər. Xidmət həftənin müəyyən günlərində bir neçə saat üçün (ödənişli əsaslarla-hər xidmətin saata və görülən işlərin miqdarına görə qiyməti) də təşkil edilə bilər. Burada yeni iş yerləri əldə olunar. Eyni zamanda yeni bir xidmət sahəsi yarana bilər. Bu kimi xidmətlərin meydana gəlməsi cəmiyyətdə sosial və məişət münasibətlərinin şəffaflaşmasına, cəmiyyətdə həqiqi birliyin, həmrəyliyin meydana gəlməsinə yardımşı ola bilər. GVB-n Sədri Müqamət Süleyman oğlu Əliyev
Baxışlar: 632 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024