Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2022 » Dekabr » 27 » “Azərbaycan gəncliyində vətənpərvərlik “ layihəyə start verdi
09:56
“Azərbaycan gəncliyində vətənpərvərlik “ layihəyə start verdi
“Azərbaycan gəncliyində vətənpərvərlik “ layihəyə start verdi
Gənc Vətənpərvərlər İctimai Birliyi Gənclər Fondun maliyyə dəstəyi ilə “ Azərbaycan gəncliyində vətənpərvərlik ” adlı layihə əsasında Bakı şəhərində maarifləndirmə məqsədi ilə Ali və orta məktəblərində, İdman cəmiyyətlərində layihənin icrasının başlanması ilə bağlı birliyin növbədən kənar İdarə Heyətinin iclası keçirilib.
İclasda GVİB-nin İdarə Heyəti, birliyin yerli təşkilatların təmsilçiləri və fəxri üzvləri iştirak ediblər.
Giriş sözü ilə tədbiri açıq elan edən idarə heyətin üzvü N.Quliyev gündəlikdə duran məsələləri tədbir iştirakçıların nəzərinə çatdırıb və sözü layihənin rəhbəri M. Əliyevə verib.
M. Əliyev qeyd edərək bildirib ki, Gənclər Fondun maliyyə dəstəyi ilə icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunmuş və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb.
Bunun xaricində təşkilatın 10 fəalı da könüllü olaraq layihəyə cəlb edilib. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılıb. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilib.
Layihə başlama müddəti 20 dekabr 2022-ci il tarixindən 20 mart 2023-ci il tarixə kimidir.
Layihə 3 ay müddətində layihənin bir necə mərhələdə icra olunması nəzərdə tutulur .
Layihənin 1-ci mərhələsində hərbi-vətənpərvərlik ruhunun artırılması ,gənclərin sağlam həyat tərzinə alışdırılması və ölkənin layiqli vətəndaşı kimi yetişdirilməsində ictimai dəstəyin formalaşdırılmasıdır.
Layihənin 2-ci mərhələsində Hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində Şuşa fatehlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda 2-ci Qarabağ döyüşlərində iştirak edən qazi və şəhid olmuş hərbçilərin təbliğində gənclərin rolunun artırılmasından ibarətdir.
Baxışlar: 51 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2022  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024