Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Dekabr » 11 » Azərbaycan gənci hər zaman vətənpərvər olub
13:41
Azərbaycan gənci hər zaman vətənpərvər olub
Azərbaycan gənci hər zaman vətənpərvər olub

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi Gənc Vətənpərvərlər İctimai Birliyi(GVİB) “Yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliği ” adlı layihə çərçivəsində Səbayil rayon 7 saylı tam orta məktəbdə 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə “Azərbaycan gənci hər zaman vətənpərvər olub” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Konfransı giriş sözü ilə açan məktəbin direktoru Könül Həsənova , icra olunan layihənin vacibliyindən danışıb. Qeyd edib ki, məktəblərdə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində müsbət təsirə malik olduğunu bildirib
Layihənin rəhbəri Müqamət Əliyev layihə haqqında geniş məlumat verdikdən sonra qeyd edib ki, Ali Baş Komandanımız prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi, vətən keşiyində duran zabit və əsgərlərlə görüşü gənclərimizdə bu şövqü daha da artırır, özünə əmin edir. Bütün bunların gənclərin vətənpərvər yetişməsində və vətənpərvərlik hisslərinin artırılmasında əvəzedilməz rolu var.
Konfransda çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Baş məsləhətçisi Salman Abdulov bildirib ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsini vuruğlayıb. Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Tədbir başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirilib .
Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər və Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı. Tədbirdə,məktəbin pedoqoji kollektivi ,AMEA- elmi işçisi P.Əzimova,1 sailı uşaq evin məsul işçisi A.Hüseyinova,ARGTMŞ-n nümayəndəsi A.Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Ş.Hacıyev rayon ictiamaiyyət nümayəndələri və GVİB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə həyata keçirilir.

GVB-n KİV-i üzrə şöbəsi
Baxışlar: 270 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2018  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024