Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Noyabr » 22 » Azərbaycan gənci hər zaman vətənpərvər olub
13:44
Azərbaycan gənci hər zaman vətənpərvər olub
Azərbaycan gənci hər zaman vətənpərvər olub

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi " “Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi ” adlı layihə çərçivəsində 247 saylı tam orta məktəbdə “Azərbaycan gənci hər zaman vətənpərvər olub” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Tədbir ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başladı.
Konfransı giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva icra olunan layihənin vacibliyindən danışıb. Qeyd edib ki, məktəblərdə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində müsbət təsirə malik olduğunu bildirib
Layihənin rəhbəri M. Əliyev layihə haqqında geniş məlumat verdikdən sonra qeyd edib ki, Ali Baş Komandanımız prezident İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər etməsi, hərbi təlimləri izləməsi, vətən keşiyində duran zabit və əsgərlərlə görüşü gənclərimizdə bu şövqü daha da artırır, özünə əmin edir. Bütün bunların gənclərin vətənpərvər yetişməsində və vətənpərvərlik hisslərinin artırılmasında əvəzedilməz rolu var.
Konfransda çıxış edən Nəsimi rayon Gənclər və İdman İdarəsinin məsul işçisi Ş. Tağıyev bildirib ki, gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməklə yanaşı, onları pis vərdişlərdən uzaqlaşdırmaq üçün maarifləndirici tədbirlərin keçirilməsini vuruğlayıb. Tədbirdə digər çıxış edənlər vətənpərvərlikdən danışaraq bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və xidmətlərinə görə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev və məktəbin tarix müəlliməsi Günay Allahverdiyeva fəxri diplomla təltif edildi. Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmışdr. Tədbir başa çatdıqdan sonra diskussiyalar sinif bölmələrində davam etdirilib .
Layihə iştirakçıları əsasən 14-16 yaş arası olan gənclərdən ibarət olub. Vətənpərvərlik mövzuları ilə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya materialları ,təsvirli köynəklər və Ulu Öndərin əksi olunmuş döş nişanı paylandı. Qeyd edək ki, layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir.





GVB-n KİV-i üzrə şöbəsi
Baxışlar: 62 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2018