Ana səhifə » 2013 » Dekabr » 25 » Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata - baba ocağıdır”
12:18 Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata - baba ocağıdır” |
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə "Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata - baba ocağıdır” mövzusunda elmi praktik konfrans keçirib.
qhtxeber.az-a daxil olan məlumata görə, Dövlət Himninin səslənməsindən sonra layihə rəhbərinin köməkçisi N. Quliyev keçirilən tədbir və təlimlərdən söhbət açıb.
Layihə rəhbəri Müqamət Əliyev tədbir iştirakçılarını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib və Dünya azərbaycanlılarının ilk qurultayının 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırladıb. Əlavə edib ki, artıq dünyanın bir çox dövlətlərində formalaşan diasporlarımız hansı ölkədə yaşamasından asılı olmayaraq tariximizi, mədəniyyətimizi, mədəni irsimizi layiqincə təbliğ etməlidirlər. M. Əliyev Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya-Azərbaycan Gənclər Təşkilatının sədri Leyla Əliyevanın bir gənc olaraq Azərbaycan üçün imza atdığı layihələrdən danışıb.
Layihə üzrə təşkilat komitəsini üzvü, hüquqşünas, Qarabağ veteranı S. Əliyev çıxış edərək bildirib ki, vətənimiz hər birimizin qeyrətinə söykənməlidir: "Əks təqdirdə o qüdrətli və əzəmətli ola bilməz. Ona görə hamılıqla bu sahədə maarifləndirmə işlərimizi gücləndirməliyik”. "ŞUA” İdman – Sağlamlıq Kompleksinin təsisçisi, GVB-nin fəxri üzvü Z. Kazımov bildirib ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük ehtiyac var. Tədbirdə digər çıxış edənlər də mövzu ilə bağlı öz fikirlərini söyləyib və bu layihənin davamlı olmasının əhəmiyyətindən danışıblar. Tədbir Idman bölmələrində davam etdirilib.. Qeyd edək ki, təşkilatın bu mövzuda digər tədbirləri dekabrın 28-31-də Bakı, Lənkəran və Gəncədə keçiriləcək.
Hamlet
|
Baxışlar: 877 |
Əlavə etdi: Aliyev
| Reytinq: 0.0/0 |
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin. [ Qeydiyyat | Giriş ]
|